Dünya (23-10-2014, 21:55)
Ermənistan barədə dəhşətli faktlar açılqlandı
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının növbəti nömrəsində “Ermənilərin yarıdan çoxu yoxsulluğun son həddində yaşayır” sərlövhəli məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Ermənistan Sosioloji Araşdırmalar Mərkəzinin direktoru Ahoron Adibekyan keçirdiyi mətbuat konfransında ölkədə sosial sahədə islahatların düzgün aparılmaması, məmurların özbaşınalığı və korrupsiya hallarının tüğyan etməsi ucbatından əhalinin 43 faizinin yoxsulluğun son həddində yaşadığını bildirib.
Modern.az-ın məlumatına görə A.Adibekyan qeyd edib ki, 2012-ci ildə ölkə əhalisinin 32,4 faizi yoxsulluğun son həddində yaşayırdısa , 2014-cü ildə bu rəqəm 43 faizi ötüb.
Məqalədə qeyd edilir ki, əlbəttə, dövlət statistika idarəsinə istinadən verilən bu rəqəm ölkədəki yoxsulların sayını tam reallıqla əks etdirmir. Əslində yoxsulluğun son həddində yaşayanların sayı bundan qat-qat artıqdır.
A.Adibekyan bildirib ki, BMT-nin hər bir insanın gündəlik xərcinin 2 dollar təşkil etməsinin onun yoxsulluğun son həddində yaşadığını müəyyən etməsi barədə meyarı əsas götürüldükdə Ermənistan əhalisinin gündəlik tələbatı üçün adambaşına 1 dollardan az vəsait xərcləndiyi nəzərə alınsa, ölkədə ağır və acınacaqlı vəziyyətin yarandığını sübut etməyə ehtiyac yoxdur.
Ermənistan əhalisinin 10 faizini varlıların təşkil etdiyini diqqətə çatdıran sosioloq onların yalnız 2 faizinin özlərini daha varlı hesab etdiklərini diqqətə çatdırıb.
Məqalədə Ermənistan əhalisinin 17 faizinin Rusiyadakı ermənilərin göndərdikləri pulun hesabına yaşadıqları, əks halda ölkədə daha acınacaqlı vəziyyətin hökm sürəcəyi vurğulanır.
A.Adibekyan 300 min uşağın valideyninin xaricdə yaşadığını və işlədiyini qeyd edib və bunun gələcəkdə çox ağır fəsadlar törədəcəyini bildirib.