Dünya (12-09-2014, 20:13)
Erməni milyonçuya ikinci- Cinayət işi
Rusiyada həbs olunan erməni iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürülüb.
“Mediatv.az” anspress-ə istinadən xəbər verir ki, Ayrapetyan dələduzluqda ittiham olunur.
Moskva şəhərinin Basman məhkəməsi Rusiyada yaşayan erməni lobbisini maliyyələşdirən iş adamı Levon Ayrapetyana qarşı dələduzluqda ittiham olunur.
Xatirladaq ki, bu il iyulun 24-də Rusiya İstintaq Komitəsi tərəfindən L.Ayrapetyana qarşı mənimsəmə və çirkli pulların yuyulması üzrə ittiham irəli sürülüb.
Levon Ayrapetyan dünyada (10-cu yeri tutur) erməni diasporunun ən zəngin nümayəndələri sırasına daxildir. Ayrapetyanın "erməni soyqırımı"nın dünyada tanınmasında böyük "rolu" olub.
Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.