Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-09-2014, 17:57)
NATO Rusiyanı düşmən elan etdi - Təhlil, Fotolar

Qərb Rusiyanı “potensial işğalçı” hesab edir

 

 
"NATO bütün müttəfiqlərini bütün zamanlarda qoruyacaq; bu mesaj istənilən potensial işğalçıya yönəlib"
“Associated Press” agentliyi NATO-nun 4-5 sentyabrda Uelsdə keçirilmiş  sammiti haqqında geniş yazı hazırlayıb. Dünyanın bir sıra nüfuzlu qəzetlərində, o cümlədən “The Washington Post”da getmiş həmin təhlil yazısını musavat.com-un Avropa müxbirinin təqdimatında diqqətinizə çatdırırıq. 
***
Agentlik bildirir ki, NATO-nun çevik hərbi birləşmə yaratmaq istəyi bu alyansa Şərqi Avropadan üzv olan ölkələri Rusiyanın mümkün işğal cəhdindən sığortalamaq məqsədi güdür. Soyuq ağılla hesablanmış bu gedişə görə Vladimir Putin ABŞ və onun Qərbi Avropadan olan nüvə silahına malik müttəfiqləri ilə hərb meydanında baş-başa gəlməyə cəsarət etməz. 
Çevik hərbi birləşmə kiçik olacaq. Orada sadəcə bir neçə min nəfər xidmət edəcək. Ancaq bu hərbi birləşmənin yaratmaqla dünyanın əsas gücləri sərt bir mesaj vermiş oldular ki, NATO öz şərq sərhədlərini qorumaqda qərarlıdır. 
“Nədən bu addımın kifayət etdiyini düşünürlər”, general Adrian Bradşou, NATO-nun Avropa üzrə kamandan müavini sual edir. General hesab edir ki, “potensial işğalçı” bu addımın mənasını anlayaraq biləcək ki, belə bir cəhddə bulunsa NATO ilə, müvafiq olaraq onun bütün imkanları ilə üz-üzə gəlməli olacaq. 
“İnanmıram ki, kimsə Rusiyanın NATO ilə münaqişədə maraqlı olduğuna inansın”, Britaniya ordusunun generalı deyir. Belə bir müharibəni arzulamaq üçün ağılsız olmalısan. 
“Reuters” agentliyi isə bildirib ki, NATO-nun baş katibi Anders Foq Rasmussen və sammitə ev sahibliyi edən Böyük Britaniyanın Baş Naziri David Cameron açıq şəkildə Ukrayna və “İslam Dövləti” təhlükəsi qarşısında bu hərbi alyansın daha möhkəmlənməsinin vacibliyini bəyan ediblər. 
“Associated Press” agentliyinin təhlil yazısında daha sonra deyilir ki, Moskvanın Ukraynada törətdikləri fonunda NATO-nun nisbətən zəif olan üzvləri Polşa, Rumıniya və Baltik ölkələrini Rusiyanın milyon nəfərlik hərbi gücündən qorumaq üçün çevik hərbi birliyin yaranmasına ABŞ prezidenti Barak Obama və digər Qərb liderləri göstəriş verdilər. 
Rusiya Krımı işğal etdikdən sonra müşahidə olunan odur ki, Kreml Moskva yanlısı olan separatçılara hərbi hissələrlə, tank və artilleriya ilə yardım edir və bu yardımın hesabına separatçılar artıq 5 aydır ki, Ukrayna hökumətinə bağlı hərbi qüvvələrlə savaş aparır. 
Ukrayna NATO-nun üzvü deyil. Elə bu səbəbdən də onun müdafiə çətirinin altında yer almır. Ancaq 3 keçmiş Sovet respublikası olan Baltik ölkələri Soyuq Müharibə başa çatdıqdan dərhal sonra NATO-ya qoşulublar. Eyni zamanda Sovet İttifaqının peyk ölkələri sayılan Polşa, Macarıstan, Çex və Slovakiya Respublikası (indi iki yerə bölünüblər.E.H), Ruminiya və Bolqarıstan bu bu hərbi birliyə daxil oldu. 
Sammit zamanı Barak Obama deyib ki, NATO 1949-cu ildə bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə götürdükləri öhdəliklərə bu gün də sadiqdir. 
“5-ci maddədə bir birimiz qarşısındakı əsas öhdəlik öz əksini tapıb. Alyansa daxil olan istənilən ölkəyə hücum alyansa daxil olan hər kəsə hücum kimi dəyərləndiriləcək. Bu, NATO-nun ana xəttidir və bu məsələ müzakirə mövzusu ola bilməz.  Uelsdə biz bu məsələ ilə bağlı yarana biləcək hər hansı ehtimalları bir daha rədd etdik. Biz alyansa daxil olan hər dövlətin müdafiəsinə qalxacağıq”, Barak Obama sammitdə deyib. 
ABŞ prezidenti onu da vurğulayıb ki, təmsil etdiyi dövlət Şərqi Avropa ölkələrinin müdafiəsinin güclənməsi üçün iyun ayında 1 milyard dollar vəsait ayırıb. Həmin vəsaitin bir hissəsi də sözügedən çevik hərbi birləşmənin yaranmasına xərclənəcək. 
Böyük Britaniyanın Baş Naziri David Cameron isə bildirib ki, onun ölkəsi çevik hərbi bölümdə xidmət etmək üçün min nəfər hərbçi ayıracaq. 
Polşanın Baş naziri Donald Tusk Uels sammitində qəbul edilmiş qərarları yüksək qiymətləndirib və deyib ki, bundan sonra Polşa xalqı özünü daha çox qorunmuş hiss edəcək. 
“Bu, çox güclü bir siqnaldır və bizim şərqdə olan qonşumuz bunu qulaqardına vura bilməz. Bu siqnal o deməkdir ki, Polşanın təhlükəsizliklə bağlı sığortası sadəcə kağız üzərində mövcud deyil, artıq bu müdafiə praktik xarakter daşıyır. Bu nəticədən dolayı məmnun olmalıyıq. Ancaq  məmnun olmaq üçün ortada görüləsi xeyli iş var”, Rusiya təhlükəsini nəzərdə tutan cənab Tusk deyib.
Polşa istərdi ki, 8 min nərəflik NATO kontingentini öz ərazisində yerləşdirsin. 
“Associated Press” agentliyi bildirir ki, NATO sammitində əldə olunan son razılaşmalar Moskvanın ürəyincə olmayıb. Kremlin yüksək titullu dövlət xadimləri bəyan ediblər ki, NATO-ya rəhbərlik edən ABŞ Ukraynada baş verən hadisələrdən bəhanə kimi istifadə edərək öz infrastrukturunu Rusiya sərhədlərinə doğru yaxılaşdırmağa can atır. 
Rusiya Xarici İşlər Nazirliyinin şərhində deyilir ki,  NATO-nun bu ayın sonunda Ukrayna ilə birgə hərbi təlimlər keçirmək istəyi qaçılmaz gərginliyin artmasına səbəb olacaq və Ukraynada sülh prosesinə göstərilən təşəbbüsləri zəiflədəcək. Nəticədə Ukrayna cəmiyyətində parçalanma daha da kəskinləşəcək.
Vaşinqtondan olan müstəqil analitik  deyib ki, NATO mövqeyindən  fərqli olaraq , Avropada yeni çevik hərbi birləşmənin yaranmasının Rusiya prezidentinin ambisiyalarının  cilovlanmasına  maneə olacağı şübhə doğurur.
Bundan əlavə, Baltik və Şərqi Avropa ölkələrini  sakitləşdirmək üçün hava, quru və dəniz üzərindən NATO-nun patrul xidmətinin xeyli vatdır ki, davam edən nəzarəti başa çatmaq üzrə olsa da həmin nəzarət mexanizmi yenidən müddətsiz olaraq uzadılacaq.
“Bu qərarsa aydın şəkildə bir mesajdır ki, NATO bütün müttəfiqlərini bütün zamanlarda qoruyacaq. Bu mesaj istənilən potensial işğalçıya yönəlib. Əgər sən hər hansı bir alyans üzvünə hücum etsən, bütün alyansla üz-üzə gələcəksən”, NATO-nun baş katibi Anders Foq Rasmussen deyib. 
“Reuters” isə bildirir ki, Avropa Birliyi cümə günü Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılıq əldə edib. Ancaq Rusiya Ukraynaya qeyri-qanuni şəkildə yeritdiyi hərbi gücləri geri çəksə və atəşkəsə əməl etsə bu sanksiyalar tətbiq olunmaya da bilər. Bazar ertəsinə qədər Avropa Birliyi gözləmək fikrindədir. 
Agentlik bildirir ki, Avropanı qazla təmin edən “Gazprom” da bu sanksiyalarla üzləşəcək. Bu dəfə  Rusiyanın başqa bir nəhəngi “Rosneft”də sanksiyalardan kənarda qala bilməyib. Bundan başqa Avropa Birliyinə girişi yasaq olunanların siyahısına 24 nəfər də daxil edilib.
Bu da onun deməyə əsas verir ki, Qərb bütün müstəvilərdə və bütün istiqamətlərdə Rusiyaya qarşı savaşa qərar verib.  

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024