Dünya (2-09-2014, 17:50)
Vəhabi şeyxi: İŞİD Allaha müharibə elan edib
"İŞİD-lə savaşarkən ölən şəxs Allah yolunda şəhiddir"
Səudiyyə Ərəbistanının müftilərindən biri Şeyx Sad Nasir əl-Şesri İraq Şam İslam Dövlətinin vəhhabiliyin banisi Məhəmməd bin Əbdulvəhhabın təlimlərindən uzaq olduğunu bəyan edib.
Şeyx bildirib ki, İŞİD yəhudi və xristianlardan daha da kafirdir.
“Onlar Allaha və onun rəsuluna qarşı müharibə elan ediblər. İŞİD Allahın evlərini dağıdır, bağlayır. Din alimlərini öldürür, Allahın qullarına əzab verir. İŞİD-ə qoşulmaq böyük günahdır, hətta islam dinindən çıxmağa bərabərdir. Hansı ölkədə olursa olsun İŞİD-ə qoşulan uşaqların valideynləri böyük məsuliyyət daşıyırlar”, deyə Sad Nasir əl-Şesri bildirib.
Şeyxin sözlərinə görə, öldürülən İŞİD üzvləri cənnətə deyil, cəhənnəmə düşürlər. Onlara beyət etməyin heç bir mənası yoxdur. İŞİD-lə əlaqə qurmaq, onlara qoşulmaq Allaha xəyanətdir. İŞİD-lə savaşarkən ölən şəxs Allah yolunda şəhiddir.
Şeyx dünyada din alimlərini İŞİD-in təhlükəsi ilə bağlı çıxışlar etməyə çağırıb.(ans press)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024