Dünya (26-08-2014, 19:45)
Türkiyə kəşfiyyatının şefi Hakan Fidanla bağlı iddia
Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Əbdülqədir Selvi Milli Kəşfiyyat Təşkilatının (MİT) müşaviri Hakan Fidan haqqında müdhiş iddia ilə çıxış edib
Yeni baş nazir Əhməd Davudoğlunun quracağı kabinet diqqət mərkəzindədir. AKP kulislərini yaxından təkib edən yazar, Hakan Fidanın Xarici İşlər Nazirliyinə gətiriləcəyini bildirib.
Selvi həmçinin Fidanın 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşdığını da iddia edib:
"İki kritik məqam var. Biri iqtisadiyyat, digəri isə xarici işlər.
İqtisadi inkişafın Əli Babacanın kapitanlığı ilə davam edəcəyi gözlənilir. Xarici işlərə isə Davudoğlundan sonra kimin gələcəyi olduqca mühümdür".
Yazar qeyd edib ki, Davudoğlunun baş nazir postuna gətirilməsinin iki səbəbi var:
1. İslam dünyasına bağlılığı
2. "Paralel dövlət"lə mübarizəsı
"Xarici işlər naziri Abdullah Gül prezident olduqdan sonra XİN-də heç bir yaddaş problemi baş vermədi. Çünki Ə.Davudoğlu var idi.
İndi Ə.Davudoğlu eyni problemlə qarşılaşıb. Özündən sonra XİN-də yaddaş pozuqluğu yaranmamalıdı. Həmçinin Davudoğlunun geriyə qayıdıb xarici işlər naziri olmasına ehtiyac qalmamalıdır" - Selvi əlavə edib.
Selvi qeyd edib ki, xarici siyasət arenasında ən böyük oyunçulardan biri MİT müşaviri Hakan Fidandır və H.Fidanın vaxtında MİT qabığından çıxaraq xeylı irəliləməyi bacarıb:
"Hakan Fidan eyni zamanda PKK ilə problemlərin "həll prosesi"nin mərkəızindədir. Öcalanla da görüşləri birbaşa özü aparıb. Beləliklə də xarici işlər naziri olaraq, H.Fidanın adı önə çıxır.
Burada yeni bir sual meydana çıxır: Hakan Fidan MİT-in başından getsə, nələr olacaq?
H.Fidan xarici işlər naziri olduğu müddətdə MİT-in də sağlam idarə olunması vacibdir. H.Fidan XİN başçısı olarsa, MİT-in də başına kənardan deyil, içəridən birinin gələcəyi gözlənilir".
Selvi sonda qeyd edib ki, H.Fidan 2015-ci il parlament seçkilərində də iştirak edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024