Dünya (22-08-2014, 13:50)
Ölüm şosesi – bu yolda sürücüləri qətlə yetirən manyak var
Moskva vilayətindəki M-4 yolunu sürücülər son aylar ölüm şossesi adlandırırlar
Naməlum banda xeyli müddətdir ki, sürücüləri qətlə yetirir. Polis isə cinayətkarları tapmaqda acizlik çəkir.
İlk qətl mayın 3-də, 2014-cü ildə qeydə alınıb. Sürücülər yol kənarında sahibsiz dayanan “Kia Ceed” avtomobilini görüb polisə xəbər etmişdilər. Hadisə yerinə gələn polis avtomobildən bir qədər aralıda 64 yaşlı Anatoli Lebedev və onun həyat yoldaşı Tatyananın meyidini tapdı.
İstintaq müəyyən etdi ki, cinayətkarlar yolun hərəkət hissəsinə üstündə deşici mıxları olan metal list atırlar. Avtomobilin təkərləri partlayıb. Anatoli avtomobili saxlayıb təkəri dəyişmək istəyəndə onu və arvadını güllələyiblər. Maraqlıdır ki, avtomobildə qiymətli əşyalar olsa da, onlara toxunulmayıb. Yəni cinayətkarlar qızıl-zinət və digər əşyaları götürməyiblər.
Üstündən iki ay keçmiş yenə həmin yolda “Chevrolet Cruze” avtomobili və onun güllələnmiş sahibi, 53 yaşlı Alekset Çıqanov tapıldı. Yenə həmin üslub: təkərlər deşilir, avtomobili məcburi tərk edən sürücü güllələnir, maşından heç bir əşya götürülmür.
Avqustun 19-da yenə həmin yolda Rusiyanın məşhur pop ulduzu Boris Moiseyevin qrupundakı rəqqas, 31 yaşlı Albert Yusupovun idarə etdiyi “Opel Vectra” avtomobilinin təkərləri partlayır. Artist hadisə barədə evə xəbər verir. Lakin dostları onun yanına gəlib çatanda Yusupovun güllələnmiş meyidini tapırlar.
İstintaq müəyyən edib ki, hər 3 halda 9mm-lik tapançadan atəş açılıb. Motiv bəlli deyil. Cinayətkarların manyak olması da istisna deyil.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024