Dünya (12-08-2014, 12:55)
AKP-də Gül qalmaqalı
Gülün “partiyama dönəcəyəm” açıqlaması AKP içində etirazlarla qarşılanıb
Türkiyə prezidenti Abdullah Gülün “partiyama dönəcəyəm” açıqlamasına AKP-li milət vəkili Şamil Tayyar “ağlı əsir alan bir hikkəni göstərəcək şəkildə açıqlamalar yapmaq gerçəkdən çox üzücüdür”, - təpkisini verib
Televiziya proqramlarından birinə qonaq olan AKP Qaziantep millət vəkili Şamil Tayyar deyib ki, prezident səlahiyyətləri başa çatan Abdullah Gülün bu sözləri AKP-nin gücünə güc qatmaq kimi deyil, partiya içərisində Ərdoğana qarşı bir fraksiya yaratmaq kimi dəyərləndirir: “Abdullah Gül bu partiyanın qurucusu, ilk baş naziri, ilk prezidentidir. Ərdoğandan sonra ictimai rəyə təsiri olan ən güclü şəxsiyyətlərdən biridir. Çox uğurlu bir prezidentlik dönəmi keçirib. Ancaq o, siyasi həyatdakı uğurlarını AKP-dən aldığı dəstəklə həyata keçirə bilib. Hörmətli Gül bu gerçəyi mütləq dəyərləndirməlidir”.
Şamil Tayyar Abdullah Gülü bu açıqlaması ilə dünyanın bir sıra siyasi dairələrinə AKP içərisində Ərdoğan siyasətinə qarşı güclü fraksiya yaradılması müzakirələri başlatmaları üçün imkan verib: “İndiyə qədər Ərdoğanla Gülün münasibətləri qardaşlıq səviyyəsində olub. Bundan sonra da belə olacağını düşünürük. Biz hələlik seçki ilə bağlı detallı araşdırmalarımızı bitirməmişik. Bu məsələlər bitməmiş partiya içərisindəki bütövlüyə xələl gətirmək ehtimalı olan hər hansı açıqlamanı uyğun görmürük”.
AKP-li millət vəkili müxalifət partiyalarının xalqdan dəstək almamasının səbəbləri haqqında da danışıb: “Devlet Bahçeli ilə Kemal Kılıçdaroğlu üçüncü bir dairənin müəyyən etdiyi Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi irəli sürdü. Ölkənin 12 siyasi partiyası, üstəlik “camaat” ona dəstək verdi. Ancaq bu dəstək İhsanoğlunun qələbəsini təmin etməyə yetmədi. Ortada ciddi bir uğursuzluq var. Bu ciddi uğursuzluğun hesabını verməli olan şəxslər var. Hətta siyasi əxlaqları olsaydı Kemal Kılıçdaroğlu və Dövlət Bahçeli istefaya getməli, hər iki partiya uğursuz liderlərdən azad olmalı idi”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024