Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-07-2014, 16:44)
Prezidentin qızının barmaqlarını belə sındırdılar - Foto

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın taleyi ilə bağlı ziddiyyətli informasiyalar yayılır

 

Bəzi mənbələrin məlumatına görə, fevral ayından etibarən ev dustağı kimi saxlanılan G.Kərimova nəhayət Özbəkistanı tərk edib və iyulun 8-də Baltik ölkələrinin birində ad gününü qeyd edib.
Bu məlumatı Özbəkistanın hakimiyyət strukturlarında mötəbər mənbələri olan “Uzmetronom” saytı yayıb. Xəbərdə bildirilir ki, iyulun 8-də 42 yaşı tamam olan Gülnarə Kərimova ad gününü Baltik ölkələrinin birində “ən yaxın adamlarının çevrəsində” qeyd edib.
Lakin sayt məlumatın rəsmi kanallarla təsiqlənmədiyini də əlavə edir.
Xəbər verildiyi kimi, ötən ay G.Kərimovanın oğlu, Özbəkistan prezidentinin adını daşıyan İslam Kərimov ilk dəfə Londonda üzə çıxıb və Rusiyanın REN-TV kanalına müsahibə verərək anasının üzləşdiyi vəziyyət barədə danışıb.
21 yaşlı İslam deyib ki, anası ilə sonuncu dəfə yanvar ayında görüşə bilib, ad günündə onu babasının evinə buraxmayıblar və anası ilə kiçik bacısı İman hazırda Daşkənddə ev dustağıdır. İslam deyib ki, babasına o və anası barədə yanlış informasiyaların çatdırıldığını düşünür. O, ümid edirdi ki, babası nəhayət işə qarışıb vəziyyəti düzəldəcək.
Lakin bu qalmaqallı müsahibənin efirə getməsindən bir neçə gün sonra Gülnarə Kərimovanın yoxa çıxdığı haqda xəbər yayıldı. Orta Asiya mənbələri xəbər verirdi ki, Gülnarə ilə bütün əlaqə kəsilib, yaxınları onunla telefon əlaqəsi yarada bilmir və prezidentin qızının hətta öldürüldüyü də istisna deyil.
İndi isə Gülnarə Kərimova ilə bağlı iki ziddiyyətli informasiya yayılıb. Bu informasiyalardan biri onun Özbəkistanı tərk edərək Baltik ölkələrinin birində ad günün qeyd etməsi barədədirsə, ikinci informasiyaya görə, prezidentin qızı hələ də ev dustağıdır, üstəlik vəziyyəti əvvəlkindən daha pisdir.
“The Russian Times” nəşrinin yazdığına görə, G.Kərimovanın gündəliyində iyulun 3-də, yəni ad günündən beş gün əvvəl yazdığı qeydlər və bir neçə fotoşəkil redaksiyaya daxil olub. Fotoşəkillərin birində G.Kərimovanın dustaq saxlanıldığı evin mühafizəçilər tərəfindən necə qorunduğu əks olunur.  Söhbət Özbəkistan prezidentinin mühafizə xidmətinin hərbçilərindən gedir.
Növbəti iki şəkildə isə mühafizəçilərin G.Kərimovanın barmaqlarını sındırması əks olunub. Şəkillərin birində Gülnarənin barmaqlarını iki mühafizəçi sıxır, prezidentin qızı o biri əli ilə onları vurmağa çalışır. Fotoların nə vaxt çəkildiyi göstərilmir.
Xatırladaq ki, bundan əvvəl G.Kərimova atasının mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.
Nəşr Gülnarə Kərimovanın iyulun 3-də yazdığı qeydin mətnini də üslubuna və orfoqrafik səhvlərə toxunmadan dərc edib. Mətn Özbəkistan prezidentinin qızının rus dilində pis yazdığını və çoxlu üslub səhvlərinə yol verdiyini göstərir.
Gülnarə yazır: “Bu gün 3 iyul, 2014-cü ildir. Qızım İmanın - atamın böyük və guya ən sevimli nəvəsinin 16 yaşının tamam olmasından 13 gün keçdi. Hansı ki, indi onu unudublar və mənim - prezidentin böyük və nə vaxtsa sevimli olmuş qızının ad gününə - iyulun 8-nə 5 gün qalır.
Bu gün isə bacım Lolanın 36 yaşıdır və onun, anamın və bu “bardak”ı yaradan qrupun, o cümlədən təəccüblü də olsa cəmi iki gün əvvələ qədər iki həftə həbsdə saxlanılan, ancaq həbsdən çıxıb yenidən Milli Təhlükəsizlik Xidmətindəki vəzifələrinə geri dönən Hayot və Cövdət Şərifxocayevlər kimilərinin tərəfindən məhz bu gün seçilib. Zarafatdır?! Ola bilər! Atam zarafat həvəskarıdır. Yaxud indi başqaları onunla zarafat edirlər. Deyilənə görə, Lolanın və onun əri, “tualetçi” kimi tanınan birinin evində, restoranlarında, barlarında, ofislərində MTX tərəfindən axtarışlar aparılıb. Görünür, bu da atamın “zarafatıdır”. Bir halda ki gömrükdən tutmuş tranzitə, dövlət müəssisələrinə qədər hər şeyə onlar nəzarət edir, bu axtarışlar nəyə lazım idi?”
G.Kərimova daha sonra ona qarşı edilən təzyiqlərdən, anasının və bacısının əməllərindən bəhs edib.
“Məni bu sətirləri yazmağa 8 iyuldakı ad günümə olan təhdidlər məcbur etdi” - deyə o bildirir.
Görünən odur ki, Özbəkistanda hakimiyyət uğrunda klanlararası mübarizə və prezident ailəsində dram hələ də davam etməkdədir
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024