Dünya (13-02-2014, 14:27)
Bu dəfə Mişel ərini qısqandırdı- Fotolar
Bu səmimiyətin şam yeməyi boyu davam etməsi Obamanın əhvalını korlayıb
ABŞ-da prezident Barak Obamanın Fransa dövlət başçısı Fransua Ollandın şərəfinə verdiyi şam yeməyi maraqlı görüntülərlə yadda qalıb.
“Mediatv.az” xəbər verir ki, son vaxtlar mətbuatda aldadıldığı iddiaları ilə gündəmə gələn Mişel Obama ilə Olland arasındakı yaxınlaşma diqqətlərdən qaçmayıb.
First ledi ilə adı son vaxtlar qalmaqallardan əksik olmayan Fransa prezidenti arasındakı bu səmimiyətin şam yeməyi boyu da davam etməsi Obamanın əhvalını korlayıb.
Xatırladaq ki, son vaxtlar dünya mediasında prezident Obamanın Mişellə ayrılmaq ərəfəsində olmaları, həmçinin prezidentin birinci lediyə müğənni Beyonsla xəyanət etməsinə dair xəbərlər yayılıb. Prezident Olland isə aktrisa ilə yaşadığı eşq macəralarının mətbuata sızmasından sonra Valerie Trierweilerdən rəsmən ayrılıb . Bu səbəbdən ABŞ səfərinə first ledinin müşayiəti olmadan getməli olub.