Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (6-06-2014, 10:00)
Baş nazir Putinin əlini sıxmadı

II dünya müharibəsində Fransanın Normandiya əyalətinə desant çıxarılmasının 70 illiyi ilə bağlı təşkil edilmiş mərasimlərə qatılmaq üçün bu ölkədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olandla mehribancasına görüşüb və onunla birlikdə şam yeməyi yeyib.

 

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna böhranına görə Qərb liderləri ilə münasibətləri soyuyan Putinin F.Ollandla görüşü mətbuatın diqqət mərkəzində olub.
Fransa prezidenti rusiyalı həmkarını isti qarşılayıb və onunla şam yeməyi mərasimi zamanı saat yarım söhbət edib. F.Ollandın V.Putini Normandiya əyalətinin ənənəvi mətbəxinə, əsasən dəniz məhsullarına qonaq etdiyi bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin söhbətinin hərtərəfli və zəngin olduğunu bildirib. Görüşdə Ukrayna böhranı və yeni seçilmiş prezident Pyotr Poroşenkonun andiçmə mərasimi də müzakirə olunub.
Normandiyada Putin Böyük Britaniyanın baş naziri Devid Kemeronla da görüşüb. Ancaq Ollanddan fərqli olaraq Kemeron Putinin əlini sıxmayıb. Onların görüşü ənənəvi əlsıxma mərasimi olmadan başlayıb. Putinlə Kemeron Ukrayna böhranının nizamlanması yollarını müzakirə ediblər.
Putinin bu gün ABŞ prezidenti Barak Obama ilə görüşü də istisna edilmir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024