Dünya (15-04-2014, 16:44)
Krım tatarlarının lideri Abdullah Güllə görüşdü
Bu gün Türkiyə prezidentinin iqamətgahında Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanının təqdim edilməsi münasibətilə rəsmi mərasim keçirilib.
PİA.AZ APA-ya istinadən xəbər verir ki, mərasimdə əvvəlcə M. A. Krımoğlunun tərcümeyi-halı və onun Cümhuriyyət Nişanı ilə təltif edilməsi haqqında Türkiyə Nazirlər Kabinetini qərarı oxunub. Sonra prezident Abdulla Gül Mustafa Krımoğluna Cümhuriyyət Nişanını təqdim edib.
A. Gül çıxışında bildirib ki, bu nişan dövlət başçısı olmayan bir xarici ölkə vətəndaşına verilən ən yüksək mükafatdır: “Bu nişanı ömrünü Krım tatarlarının haqlı mübarizəsinə həsr edən hörmətli Krımoğluna təqdim etməkdən çox böyük qürur duyuram”.
A. Gül deyib ki, Krım tatarların ana vətənidir və bölgənin yerli əhalisi olan tatarların Krımdakı keçmişi XIII əsrdə qurulan Altınordu (Qızıl Orda) dövlətinə qədər uzanır: “1944-cü ildən etibarən sovet kommunizminin həyata keçirdiyi zorakı sürgün nəticəsində Krım tatarları ana vətənlərindən qoparılıblar və Özbəkistan, Baltik ölkələri, Rumıniya, Bolqarıstan və Rusiyanın bir çox yerlərinə köçürülüblər. Bundan başqa, yüz minlərlə tatar Türkiyəyə gəlib. Altı aylıq olarkən Özbəkistana sürgün edilən Krımoğlunun həyatı Krım tatar xalqının çəkdiyi zülmlərin qısa bir hekayəsidir. Bir az əvvəl iztirablı həyat hekayəsini dinlədiyimiz bu fədakar insan 1986-cı ildə azadlığa buraxılana qədər 15 ilini həbsxanalarda və islah-əmək düşərgələrində keçirib. Əlbəttə ki, bu əzablar əvəzsiz qalmayıb, Krım tatarları ana vətənlərindən sökülüb atılmalarının mümkün olmadığını bütün dünyaya göstərib. Hörmətli Krımoğlunun liderliyi altında gedən bu azadlıq mübarizəsi tarixə qızıl hərflərlə yazılıb”.
M. A. Krımoğlu isə çıxışında aldığı mükafatdan məmnun olduğunu söyləyərək bunun çətin günlərində Türkiyənin Krım tatarlarına verdiyi dəstəyin bir nişanəsi olduğunu vurğulayıb.
Mərasimdə Türkiyə baş nazirinin müavinləri Bülənt Arınç və Əmrullah İşlər, Krım Tatar Məclisinin sədri Refat Çubarov və digər rəsmi şəxslər iştirak edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024