Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-04-2014, 10:13)
Prezident seçkisinin vaxtı məlum oldu

Bu il ilk dəfə Türkiyədə prezident seçkisi ümumxalq səsverməsi ilə keçiriləcək

 

Türkiyədə bu il keçirilməsi planlaşdırılan prezident seçkisinin vaxtı məlum oldu. 
Mediatv.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.
YSK-dan verilən rəsmi açıqlamaya görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək.
Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq.
Xarici ölkələrdə yaşayan türklər isə yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-I ilə avqustun 3-ü arasında səs verəcək.
Qeyd edək ki, 2007-ci ildə konstitusiyada aparılan dəyişiklikdən sonra ölkə prezidenti ilk dəfə xalqın səsverməsi ilə maksimum 2 dəfə 5 illik müddətə seçiləcək. 
Bundan əvvəl isə prezidentləri 7 illik müddətə Türkiyə Böyük Millət Məclisi (TBMM) seçirdi.
Türkiyədə 10 prezident üçün TBMM-də 18 dəfə prezident seçkisi keçirilib. 
Mustafa Kamal Atatürk – 4 dəfə
İsmət İnönü – 4 dəfə
Cəlal Bayar – 3 dəfə
Camal Gürsəl – 1 dəfə
Cövdət Sunay – 1 dəfə
Fahri Korutürk – 1 dəfə
Turqut Özal – 1 dəfə
Süleyman Dəmirəl – 1 dəfə
Əhməd Necdət Sezer – 1 dəfə
Abdullah Gül – 1 dəfə prezident olublar. 
Hərbi dövlət çevrilişi ilə prezident olan general Kenan Evren isə bu vəzifəni seçkidə iştirak etmədən icra edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026
5 03 2026