Dünya (14-04-2014, 00:12)
Lukaşenko Ukrayna məsələsində Rusiyaya qarşı çıxdı
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın federallaşması ilə bağlı səslənən fikirlərə neqativ yanaşıb. “Media.az” xəbər verir ki, Lukaşenko bu barədə NTV kanalının “Seqodnya” proqramında çıxışında bildirib. Luşakenko vurğulayıb ki, Ukraynanı indiki dönəmdə federallaşmaya sürükləmək olduqca təhlükəlidir: ”Əgər siz Ukraynanın monolit bir şəkildə bütövlüyünü qorumaq istəyirsinizsə, federallaşma aparılmamalıdır. Bu, sabah Ukraynanı məhvə, dağılmağa aparar”. Belarus dövlət başçısı bundan başqa Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Turçinovun legitimliyi məsələsinə də toxunub və diqqətə çatdırıb ki, bu təyinatı legitim sayır. Lukaşenkoya görə, Turçinov hadisələrə vaxtında və düzgün reaksiya verir. - See more at: http://axar.az/news/14451#sthash.BRdgOUQ3.dpuf