Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-09-2015, 16:30)
"Savaşı durdurun, Avropaya gəlmək istəmirik" - 13 yaşlı suriyalıdan dünya liderlərinə

"Savaşı durdurun, Avropaya gəlmək istəmirik" - 13 yaşlı suriyalıdan dünya liderlərinə

Yüz minlərlə qanunsuz miqrantın Avropaya axını son vaxtlar qərb gündəminin əsas mübahisəli mövzusu olaraq qalır.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra Avropa ölkələri qanunsuz miqrantların ölkəyə daxil olmasına qadağa qoyur, Almaniya kimi bir sıra ölkələrdə isə miqrantlar üçün yaradılan düşərgələrə hücumlar təşkil edilir, tibbi xidmət göstərilmir, miqrantlar düşərgələrdəki soyuqdan, aclıqdan, natəmizlikdən və onlara qarşı məhbus kimi davranılmasından şikayət edirlər.

Macarıstan isə iki gündür ki, qanunsuz miqrantların sərhəddə başlatdıqları etiraz aksiyasından sonra qapılarını onların üzünə açıb. 

Ümumilikdə isə Avropaya gələn miqrantların sayı rekord həddə çatıb. Təkcə iyul ərzində Avropa İttifaqı ölkələrinə 107,5 min insan axın edib. Almaniya isə bu il azı 800 min miqrantı qəbul etməyə hazırlaşır.

Suriyadan qaçan və Macarıstan sərhədində buraxılmasını gözləyən 13 yaşlı Kənan isə bütün dünya liderlərinə müraciət edib. O, pənah apardıqları ölkələrdə xoş münasibət görməməsindən şikayətlənib:

"İnsanlar suriyalıları sevmir. Serbiya, Macarıstanda, Makedoniyada, Yunanıstanda da. Mesajım odur ki, suriyalılara yardım edin. Onların təcili yardıma ehtiyacı var. Sadəcə, müharibəni dayandırın, biz Avropaya gəlmək istəmirik. Yetər ki, savaşı dayandırasınız".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024