Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-04-2015, 17:59)
Bu il miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

Dünya Bankının proqnozuna görə, 2015-ci ildə dünyada əməkçi miqrantların vətənlərinə göndərdikləri pulköçürmələrinin artım həcmi xeyli zəifləyəcək

 

Mediatv.az-ın "Payspacemagazine"yə istinadən xəbərinə görə, bu il artım tempi 2008-2009-cu illərdən bəri minimal səviyyədə olmaqla 1% təşkil edəcək.
 
Bildirilir ki, 2015-ci ildə miqrantların inkişaf etməkdə olan ölkələrə rəsmi pulköçürmələri 0,9% yüksələrək 440 milyard dollar olacaq. İnkişaf etmiş ölkələr daxil olmaqla göndərilən pul vəsaitlərinin ümumi həcmi 0,4% - 586 milyard dollaradək artacaq. Analitiklərin fikrincə, buna səbəb Avropada zəif iqtisadi artım olacaq.
 
Dünyada 200 dollar məbləğində köçürmələr üçün faiz dərəcəsi 8% olaraq qalır. Köçürmələr üçün mobil əlavələr bu səviyyəni aşağı sala bilər. Dünya Bankının məlumatına görə, lakin indiyədək vəsaitlərin yalnız 2%-i mobil servislər vasitəsilə göndərilir.
 
Proqnozlara görə, artıq 2016-cı ildə dünyada pulköçürmələrinin artım tempi 4,1%-dək, köçürmələrin həcmi 610 milyard dollaradək, 2017-ci ildə bu göstərici 636 milyard dollaradək artacaq.
 
Bu il əməkçi miqrantlar tərəfindən pulköçürmələrinin göndəriləcəyi əsas ölkələr ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri olaraq qalacaq. Öz növbəsində köçürmələri alan ənənəvi ölkələr Hindistan, Çin, Filippin, Meksika və Nigeriyadır. Dünya Bankı analitiklərinin proqnozuna görə, cari ildə dünyada əməkçi miqrantların sayı 250 milyon nəfəri ötəcək. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024