Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-08-2015, 23:46)
Miqrant axını Almaniyanı çətin vəziyyətlə üz-üzə qoyub

Almaniya indiyədək rastlaşmadığı miqrant axını ilə üzləşib. Yerli KİV-lərin məlumatına görə, ölkə üçün miqrasiya böhranı artıq pik həddə çatıb.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, təkcə bu ilin sonunadək təxminən yarım milyon miqrant qaçqın statusu üzrə ərizə ilə müraciət edəcək. Onlara ayrılan xərclər isə iki qat artmaqdadır. Proqnozlara görə, xərclər 2,2 milyard avrodan 5 milyard avroya yüksələcək.

Gəlmələrin kütləvi axını kompensasiyanın paylanmasında da bəzi problemlər yaradıb. Bir çox əyalətlərin sosial təminat idarələrində əcnəbilərə ayrılan qida talonunun çatışmazlığı səbəbindən mitinqlər baş qaldırıb ki, nəticədə mübahisəli vəziyyətə polis müdaxilə etmək məcburiyyətində qalıb.

Sığınacaqlarda da sıxlıq müşahidə edilir. Hazırda Almaniyada turizm mövsümü olduğundan mühacirləri otellərə yerləşdirmək də mümkünsüz olub.

Vəziyyət o həddə çatıb ki, II Dünya müharibəsi dövründən bəri ilk dəfə hökumət mühacir problemi ilə bağlı hərbiçilərin yardımına ehtiyac duyub. “Bundeswehr” əsgərləri gəlmələr üçün Brandenburq federal əyalətindəki keçmiş hərbi bazanın ərazisində genış həcmli çadırlar quraşdırıblar.

İctimai rəy isə heç də ürəkaçan deyil. Yerli qəzetlərin apardığı sorğulara əsasən, almanların əksəriyyəti tezliklə miqrantların deportasiya edilməsinə tərəfdar çıxıb. Artıq bir sıra şəhərlərdə gəlmələrə qarşı aksiyalar da keçirilib. Narazı kütlə qaçqınlarla iş üzrə mərkəzlərə hücumlar edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024