Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-08-2015, 16:31)
Ermənistanın və Türkiyənin turoperatorları əməkdaşlığı müzakirə edirlər

Ermənistanın və Türkiyənin turoperatorları əməkdaşlığı müzakirə edirlər

İki dövlət arasında sərhəd 1993-cü ildən bağlıdır.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz İrəvanda baş tutan erməni və türk turizm operatorlarının (TATON) şəbəkəsinin görüşündə iştirak edib, görüş sərhədlərarası əməkdaşlıqda problemlərin öhdəsindən gəlməyə istiqamətlənib.

Mediatv.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Amerika səfirliyinin mətbuat xidmətindən bildirilib.

“Əməkdaşlığın ən səmərəli stimullarından biri biznes maraqlarıdır. Bu assosiasiyanın Ermənistan və Türkiyə icmalarında biznesin və biznes maraqlarının inkişafına istiqamətlənmiş məqsədi dəstəyə layiqdir”, - mətbuat xidməti Milzin görüşdəki çıxışından sitat gətirib.

Mətbuat xidmətində qeyd edildiyi kimi, erməni və türk turizm operatorları artıq sərhədlərarası səyahətlər təklif edirlər.

Türkiyə turoperatorları ənənəvi turizm paketlərini dəyişməyə can atırlar, erməni turoperatorları isə bir ölkədən daha çox ölkəyə səyahət təklif edərək mövcud imkanları genişləndirməyə çalışırlar.

TATON şəbəkəsi USAİD (Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi) “Körpülər” proqramı çərçivəsində yaradılıb, məqsəd isə turizm vasitəsilə sərhədlərarası iqtisadi fəallığı stimullaşdırmaqdır.   

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, rəsmi Ankaranın təşəbbüsü ilə iki dövlət arasında sərhəd 1993-cü ildən bağlıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024