Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-07-2015, 14:59)
İrəvan mitinqində siyasi tələblər səsləndi

 

bitmap-img6


İrəvanda elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbilə keçirilən etiraz aksiyası zamanı ilk dəfə mövcud hakimiyyətin istefası çağırışları səsləndi

 

Daha əvvəl etirazçılar tələblərinin sırf sosial xarakter daşıdığını qeyd edirdilər.
Cümə axşamı İrəvanın Azadlıq meydanında keçirilən mitinqdə etiraz hərəkatı koordinasiya qrupunun üzvü Qaqik Yeğiazaryan bəyan etdi ki, “nəticələrə qarşı deyil, səbəblərə qarşı mübarizə etmək lazımdır”.
Onun sözlərinə görə, əsas səbəb “hakim rejimin yeritdiyi məsuliyyətsiz, talançı, antimilli siyasətidir”.
“Biz mübarizəmizi talana qarşı deyil, talançılara qarşı yönəltməliyik”, - Yeğiazaryan bəyan etdi.
Koordinasiya qrupunun üzvü David Sanasaryan tələblər yerinə yetirilməsə, gələn mitinqdə “konkret rəsmilərin” istefası tələbləri irəli sürülər və bunun üçün bütün məsuliyyət “prezident vəzifəsini icra edən Serj Sərkisyan üzərinə düşər”.
Üç gün əvvəl “həmvətənləri mübarizəyə cəlb etmək” üçün aclıq elan etmiş David Sanasaryan mitinqdə aclıqdan çıxdığını elan etdi.
Lakin Azadlıq meydanında keçirilən mitinqdə təxminən 300 adam iştirak edirdi. Bu səbəbdən əvvəlcədən planlaşdırılan prezident iqamətgahına yürüş baş tutmadı.
Növbəti mitinq gələn həftənin cümə gününə təyin olunub. İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyanın 17 iyun tarixli qərarı ilə avqustun 1-dən elektrik enerjisi tarifləri təxminən 16,7 % qaldırılması kütləvi etiraz aksiyalarına səbəb olub.
İyunun 19-dan “Talana yox” vətəndaş hərəkatı elektrik enerjinin bahalaşmasına qarşı mitinqlər keçirməyə başlayıb.
İyunun 23-də polis su şırnaqları ilə prezident iqamətgahı yerləşən Marşal Bağramyan prospektini başlayan dinc nümayişi dağıtdıqdan sonra aksiyalar daha miqyaslı xarakter alıb və iki həftə davam edib. (BBC)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024