Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-06-2015, 12:09)
İrəvanda polis və nümayişçilər qarşılıqlı ultimatum verdi

 

"Mediatv.az"  saytı erməni mənbələrinə istinadən xəbər verir ki, minlərlə nümayişçi iyunun 23-də axşam prezident iqamətgahının yerləşdiyi marşal Baqramyan prospektinə toplaşıb və dinc aksiyanı davam etdirib. 
Polis nümayişi dağıtmaq üçün xüsusi vasitələri səfərbər etsə də aksiyaçılara güc tətbiq edilməyib.Lakin bu gün səhər saatlarında nümayişçilərə xəbərdarlıq edilib ki, əgər Baqramyan prospekti boşaldılmasa polis tədbirlər görəcək.
İrəvan polisinin rəisi AşotKarapetyan bildirib ki, polis bu gün yerli vaxtla saat 10-a qədər gözləyəcək. (Bakı vaxtı ilə saat 11.00) Lakin bu müddət başa çatandan sonra nümayişçilərə qarşı hansı addım atılacağını açıqlamayıb.
Ermənistan polisinin rəis müavini UnanPoqosyan isə jurnalistlərə deyib ki, hazırda polis nümayişçilərə qarşı xüsusi vasitələr tətbiq etməyə hazırlaşmır. Çünki aksiya dinc xarakter daşıyır. “Mitinq dinc xarakter daşısa da fəalların seçdiyi yol düzgün yol deyil”-Poqosyan bildirib. O, polisin gecə aksiyaçılara qarşı xüsusi vasitələr tətbiq etməyəcəyinə dair vəd verdiyini, bu vədə sadiq qaldıqlarını deyib.Poqosyan aksiyaçılara təklif edib ki, Baqramyan prospektini boşaldaraq mitinqi Azadlıq meydanında davam etdirsinlər.
Erməni siyasətçiləri və şou-biznes nümayəndələri isə Baqramyan prospektində polis kordonu ilə aksiyaçılar arasında sədd çəkərək polisin güc tətbiqinə mane olmağa çalışır. Hazırda tanınmış erməni oliqarxları XaçaturSukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçıları ilə polislə toqquşmadan qaçmaq üçün taktikanı müzakirə edir. Onlara təklif edilir ki, Baqramyan prospektinin bir hissəsini nəqliyyata açsınlar və prezident Sərkisyanla danışıqlar üçün nümayəndə heyəti formalaşdırsınlar. Aksiyaçılar əvvəlcə danışıqları rədd ediblər, daha sonra isə şərt irəli sürüblər ki, Sərkisyanla görüş jurnalistlərin iştirakı ilə keçirilsin. Son məlumatlara görə nümayişçilər hakimiyyətə günortaya qədər vaxt veriblər və ancaq bir tələb irəli sürüblər: elektrik enerjisinin bahalaşmasına dair hökumətin qərarı ləğv edilsin.
Ermənistanda qəfil başlayan izdihamlı küçə etirazları Kremldə də ciddi narahatlıq doğurub. Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov bildirib ki, Kreml İrəvanda baş verənləri izləyir və olduqca narahatdır. Kremlin narahatlığını başa düşmək olar. Rusiyanın keçmiş sovet respublikalarında rəngli inqilabların kökünü kəsmək üçün böyük səy göstərdiyi bir vaxtda onun Qafqazdakı forpostunda heç bir siyasi partiyalara bağlı olmayan vətəndaş qrupları küçələrə çıxır və baş verənlərdən inqilab ab-havası duyulur.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024