Dünya (6-07-2015, 09:16)
İrəvanda kütləvi etiraz aksiyası keçirilir
İrəvanda yenidən irimiqyaslı etiraz aksiyası keçirilir
Virtualaz.org saytı Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yüzlərlə etirazçı İrəvanın mərkəzində Baqramyan prospektində mitinq keçirir.
Polisin qadağasına baxmayaraq etirazçılar səsgücləndiricilərdən istifadə edirlər. Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına yüzlərlə insan toplaşıb.
Onlar Ermənistan prezidenti Serj Sərkisyanın ünvanına sərt tənqidlər səsləndirir, elektrik enerjisinin qiymətinin artırılması qərarının ləğvini tələb edirlər.
Bundan əvvəl aksiyaçılar hakimiyyət qarşısında belə tələb qoymuşdular: elektrik enerjisinin bahalaşdırılması qərarı iyulun 6-sı axşama qədər ləğv olunsun və 23 iyun mitinqinin dağıdılması zamanı qəddarlığa və özbaşınalığa yol vermiş polislər cəzalandırılsın. Mitinq iştirakçıları bildirmişdilər ki, əks halda onlar öz barrikadalarını hər gün bir metr də qabağa çəkərək Prezident Administrasiyasına daha da yaxınlaşacaqlar. Administrasiyanın binası isə mitinq məkanından təxminən 60 metr aralıdadır.
İrəvan polisi isə bəyan edib ki, məhz buna, yəni aksiyaçıların binaya yaxınlaşmasına imkan verilməyəcək.
İrəvanda aksiyalar elektrik enerjisinin qiymətləri 16 faiz artırılandan sonra başlayıb. Hakimiyyət tariflərin auditini keçirməyi təklif edəndən sonra isə aksiyaçılar arasında parçalanma baş verib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024