Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-05-2015, 09:28)
İran-Ermənistan dostluğunun səbəbi

Bəs İrandakı 35 milyonluq türk toplum və dini liderin azərbaycanlı olması necə olsun?...

 

Kim nə deyir-desin, İran rəsmilərinin Azərbaycanla dostluq-tərəfdaşlıq əlaqələri barədə bəyanatlarını səmimi saymaq olmur. 
Çünki Azərbaycanla dost olduğunu iddia edən bir qonşu ölkə, başqa bir qonşunun - Ermənistanın həmin bu “dost ölkə”nin ərazisinin 20 faizini işğalda saxlamasını görməzlikdən gəlməzdi. Üstəlik, işğalçıya qucaq açmaz, onu gücləndirməz, ayaqda saxlamazdı. 
Bu haqda çox yazmışıq. Yenə yazaq. Çünki İran neçə vaxtdır nə yazıqlar ki, elə bu işlə məşğuldur: Tehran illərdir təcavüzkar dövlətlə iş birliyini gücləndirir, onunla bütün sahələr üzrə əlaqələri möhkəmləndirir, ilbəil dost-doğmalaşır.
İran prezidenti Həsən Ruhaninin iki gün öncə Tehranda Ermənistanın yeni səfiri Artaşes Tumanyanla keçirdiyi görüş zamanı söylədiyi sözlər bunun növbəti təsdiqidir. “Fars” agentliyinin yaydığı xəbərdə deyilir ki, prezident iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün heç bir əngəlin olmadığını deyib və qeyd edib ki, Tehranla İrəvan qarşılıqlı əməkdaşlıqla bahəm, beynəlxalq təşkilatlarda əməkdaşlıq üçün də məqbul səviyyəyə malikdir. Ruhani ümidvar olduğunu bildirib ki, İranla Ermənistan arasında münasibətlər yeni səfirin missiyası dövründə də genişlənəcək. 
Buna zərrəcə şübhə eləmirik, fars-erməni dostluğu və qardaşlığı önümüzdəki illərdə də güclənəcək. Ən azı ona görə ki, cənab Ruhaninin də vurğuladığı kimi, bunun qarşısını kəsəcək əngəl yoxdur... 
*    *    *    *    *
Şəksiz, qonşu ölkələrin öz aralarında münasibət qurmasında qəbahətli bir şey yoxdur. Ancaq konkret halda, söhbət biri işğalçı, digəri isə - islam dünyasında liderliyə iddia edən qonşu ölkədən gedirsə, situasiya artıq dəyişir. Məsələ də zatən, bundadır. 
Biz məzhəbçi, bölücü deyilik, fəqət məcburuq yenə müqayisə aparmağa: gəlin, bu yerdə müsəlman-şiə İranı ilə müsəlman-sünni Türkiyənin müsəlman-şiə Azərbaycanın işğal məsələsinə münasibətini yanaşı qoyaq. 
Hamı bilir ki, Tehran İrəvanla iqtisadi-ticari, siyasi-diplomatik sahələrdə əməkdaşlığı ildən-ilə gücləndirir, Türkiyə isə əksinə, “Azərbaycan torpaqları azad edilməyincə və yaxud azad edilməyə başlamayınca” Ermənistanla sərhədlər açılmayacaq" deyir. Eyni şərti illərdir Pakistan dövləti bəyan edir. 
Halbuki əlahəzrət məntiq bunun tam əksini diktə edir. Həm də o səbəbə ki, Türkiyədən, Pakistandan fərqli olaraq İranda çox böyük, 35 milyonluq bir azərbaycanlı-türk toplumu yaşayır, üstəgəl də ölkənin sözünün üstündə söz olmayan dini lideri, möhtərəm Ayətullah Əli Xameneyi azərbaycanlıdır! 
Bəs təcavüzkar ermənilərə, Şuşa məscidində heyvan saxlayan işğalçıya müsəlman-şiə İranın, dindaş ölkənin bunca sıcaq münasibəti, təcavüzkarı faktiki bəsləməsi, ona ən kritik vaxtda öz ərazisindən nəfəslik açıb da bu nəfəsliyi sanki Azərbaycanın acığına, problemin ədalətli həllini səbirsizliklə gözləyən 1 milyon müsəlman qaçqının acığına ildən-ilə böyütməsi nə ilə bağlıdır? 
Bunun adı nə?
O hansı dəyərdir, ümmət maraqlarından üstün hansı maraqdır ki, İslam dünyasının favorit ölkə statusuna iddia edən “qardaş və dindaş” İranı, müsəlman İranı, məsələn, müsəlman Pakistan və müsəlman Türkiyədən fərqli olaraq Ermənistanla qardaşlaşdırıb?
Cavab belədir: bu dostluq təbii ki, nə ümmət maraqlarından qaynaqlanır, nə də ümumbəşəri dəyərlərdən. Bu, sadəcə, türkün acığına və türk birliyi əleyhinə tarixi fars-erməni dostluğunun davamıdır. 
Yalnız bir şeyə təəssüflənmək qalır: nədən İrandakı nüfuzlu türk toplumu səsini çıxarmır? Nə üçün ölkənin azərbaycanlı hörmətli dini lideri müsəlman Azərbaycan Respublikasına, onun müsəlman xalqına bu boyda haqsız münasibəti özlərinə rəva bilirlər? Və nə vaxtadək? (musavat.com)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024