Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (10-03-2014, 14:33)
Şeyx çağırış etdi

“Bu gün İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərar olması üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir”.

 

"Mediatv.az"  APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bunu QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Abu-Dabi şəhərində keçirilən “İslam cəmiyyətində sülhün təminatı” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı bildirib.
 
A. Paşazadə qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də sülh və İslam həmrəyliyi olduqca vacibdir: “Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir. Bu faciəli hadisələr bizi hədsiz narahat edir. Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni işğalçılarının təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunub və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırım törədilib. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirib və haqq işimizi müdafiə ediblər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir. Dövlət rəhbərlərimiz, İslam alimləri, o cümlədən, konfransda iştirak edən üləmalar müsəlman cəmiyyətlərində sülhün qorunub saxlanması yönündə dəyərli əməl və səy nümayiş etdirirlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024