Dünya (1-05-2015, 11:15)
İŞİD 15 baş kəsdi - FOTO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Yəməndəki mövqelərini möhkəmləndirməyə çalışır.
Terrorçular ənənəvi taktikalarından istifadə edərək, qanlı edam səhnələrinin video və foto çəkilişlərini apararaq yayırlar.
Hafta.az Daily Mail-ə istinadən bildirir ki, İŞİD Yəməndə husi üsyançılarına qarşı vuruşur və ölkəni ələ keçirərək bu dövləti "İslam Dövlətinin əyaləti"nə çevirməyə çalışır.
Dünən də İŞİD terrorçuları əsir aldıqları 15 husi döyüşçüsünü edam ediblər.
Husilərin başları vurulub.
Edamın Şəbva şəhərinin yaxınlığında gerçəkləşdirildiyi bildirilir.
Srağagün isə İŞİD İraqın Nineviya bölgəsində iki nəfəri edam etmişdi. Biri "cadugərlik"də, digəri isə "zinakarlıq və qətl"də suçlanmışdı.
Terrorçular bu adamların başlarını daşla əzərək öldürüblər.
Yəməndəki İŞİD terrorçularının əsas məqsədlərindən biri də ölkənin cənub və cənub-şərq bölgələrində güclü mövqelərə malik "Ərəbistan yarımadasında Əl Qaida" terror təşkilatını zəiflətmək, "oyundan" kənarlaşdırmaqdır.