Cəmiyyət (1-02-2015, 17:26)
İŞİD baş naziri ağlatdı (VİDEO)
Yaponiya baş naziri Şinzo Abe İŞİD-i təhdid edib.
Mediatv.az-in məlumatına görə, İŞİD terror qruplaşması əlindəki ikinci yapon əsir Kenji Qotonun başını kəsəndən sonra mətbuata açıqlama verib. O, açıqlamasında "onlar bunun əvəzini ödəyəcəklər" deyib.
Açıqlamada yapon baş nazirin ağladığı və çox kədərli olduğu görünür. Şinzo Abe həmçinin qeyd edib ki, onlar terrorçuları əsla bağışlamayacaqlar.
"Biz beynəlxalq birliklərlə bərabər İŞİD-ə etdiklərinin əvəzini ödətməyə çalışacağıq", - deyə baş nazir əlavə edib.
Xatırladaq ki, İŞİD-in edam etdiyi Kinjo Qoto iki uşaq atası idi. İŞİD onun azad edilməsi üçün İordaniyada saxlanılan iraqlı terrorçu Sacidə ər Rişavinin buraxılmasını tələb etmişdi. İordaniya da İŞİD-dən əllərində iordaniyalı pilotu onlara qaytarmağı istəmişdi. Müzakirələr nəticəsiz qaldığı üçün 47 yaşlı Kinjo Qoto edam edilmişdi.