Dünya (21-04-2015, 18:45)
ABŞ-dan İrana çağırış
"İran hakimiyyəti jurnalisti dərhal azadlığa buraxmalıdır"
ABŞ hökuməti "Washington Post" qəzetinin Tehrandakı müxbirinin casusluqda ittiham olunmasını cəfəngiyyat adlandırıb.
ABŞ Dövlət Departamenti İran hakimiyyətini jurnalisti dərhal azadlığa buraxmağa çağırıb.
Amerika və İran vətəndaşlığı olan Jason Rezaian doqquz ay bundan əvvəl həyat yoldaşı Yeganə Salehi ilə birlikdə həbs olunub. Yeganə Salehi üç aydan sonra azadlığa buraxılıb.
Rəsmi ittiham Rezaiana hələ ötən ilin dekabr ayında təqdim olunub, lakin ittihamın xarakteri indi məlum olub. Casusluqdan başqa, İran Respublikası hakimiyyəti Rezaianı düşmən dövlətlərlə əməkdaşlıqda və İran əleyhinə təbliğatda günahlandırırlar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Tehrandan Jason Rezaiana təqdim edilən ittihamların rəsmi təsdiqini almadığını bəyan edib.
Razaianın vəkili Leyla Ahsan bəyan edib ki, İran prokurorluğu həbs olunanın günahını sübut edən heç bir dəlil təqdim etməyib. O hesab edir ki, ittiham onun jurnalistlik fəaliyyəti ilə bağlıdır.
Jason Rezaianın Tehranda həbsxanada saxlanıldığı məlumdur. Onun işinin adətən milli təhlükəsizliklə bağlı işlərin dinlənildiyi İnqilab Məhkəməsində dinləniləcəyi bildirilir. Məhkəmə prosesinin başlanması tarixi bu günədək elan olunmayıb.(ans press)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024