Dünya (21-04-2015, 18:34)
İŞİD-in Qafqaza girişi açılır
“Əbu Məhəmməd Dağıstaninin öldürülməsindən sonra İŞİD-in Qafqaza yolu açılır”
Bu barədə “Alfa” qrupunun keçmiş üzvü Sergey Qonçarov “Qafqaz əmirliyinin” əmiri Əbu Məhəmməd Dağıstaninin anti-terror əməliyyatları nəticəsində öldürülməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Qafqazda terror təhlükəsi getdikcə daha da genişlənir.
“Regionda təhlükəsizliyi qorumaq hazırda ən vacib məsələdir. Şimali Qafqazda terror təhlükəsi genişlənib. Bu da ümumi region ölkələrinə də təsir edir. Təbii ki, indiyə qədər anti-terror əməliyyatları nəticəsində bir çox terrorçu öldürülüb. Mən Rusiya xüsusi xidmət orqanlarını uğurlu əməliyyata görə təbrik edirəm. Lakin bu, son olmayacaq. Yenə də hansısa gənc qruplar ortaya çıxacaq və bu qruplaşmalara qoşulacaq”, - deyə o bildirib.
“Alfa”nın keçmiş əməkdaşı hesab edir ki, Dağıstaninin məhvi “Qafqaz əmirliyi”nin İŞİD-i dəstəkləyən qanadına stimul verir: “İndiyə qədər Dağıstani “Əl-Qaidə”yə bağlı idi. Onun ölümündən sonra İŞİD-in əmirliyə təsir imkanları artacaq”.
Qeyd edək ki, “Qafqaz əmirliyi” Doku Umarovun ölümündən sonra iki hissəyə bölünüb. Dünən Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülən Dağıstani “Əl-Qaidə”-yə bağlı idi. Lakin 2013-cü ildən sonra əmirlik daxilində İŞİD tərəfdarları çoxalıb. Bu qrupa İŞİD-in məşhur çeçen komandiri Ömər Şişani rəhbərlik edir.
Bu arada Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Suriya və İraqda vəziyyəti pisləşən İŞİD öz qərargahını Qafqaza köçürür.(publika.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024