Dünya (25-12-2014, 13:59)
İŞİD-in Qafqaza gəlişinin sirri
İŞİD Qafqazda özünə yer etmək istiqamətində xeyli irəliləyib
Əvvəlcə Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir” Süleyman internetdə yayılmış videomüraciətdə İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə biət etdi. Ardınca Suriyadan gəlmə bir qrup çərkəz İŞİD liderinə sədaqət andı içdi. Daha sonra özünü Qafqazın “əmir”i elan edən Aliashab Kebekov (Ali Abu Muhammad kimi tanınır -red) Əl-Bağdadiyə biət etdi.
Dağıstanda yaşayan keçmiş kəşfiyyatçılardan biri adının açıqlanmaması şərti ilə İŞİD-in Qafqaza gəlişini Publika.az-a şərh edib.
Hazırda bölgə üzrə müstəqil araşdırmalar aparan keçmiş kəşfiyyatçı Şimali Qafqazda Əl-Bağdadiyə biət edənlərin olmasını təsadüfi hesab etmir: “Bu əvvəl, yaxud sonra da baş verə bilərdi. Yəni belə bir tendensiya görünürdü. Lakin məhz indiki məqamda belə bir hadisənin baş verməsi Qərbin Rusiya və Türkiyə arasında reallaşdırılması razılaşdırılan “Türk axını” kəmərinə qarşıdır.
Rusiya “Cənub axını”ndan imtina etdi, əvəzində Ankara ilə razılığa gələrək “Türk axını” alternativ olaraq ortaya çıxıb. Rusiya təbii qazının Krasnodar diyarından Qara dəniz vasitəsilə Türkiyəyə ixrac olunması barədə ilkin razılıq əldə edilib. Əvvəlki layihəyə görə, Rusiya qazı Qara dəniz vasitəsi ilə Bolqarıstana çatrdırılmalı, oradan isə digər Avropa ölkələrinə çıxmalı idi. Lakin ABŞ və Avropa İttifaqı Bolqarıstana təzyiq edərək bu dövləti layihədən kənarlaşdıra bildilər. Bunun əvəzində Rusiya-Türkiyə qaz anlaşması ortaya çıxdı. İndi isə Rusiyanı bu layihədən də qıraqda qoymaq istəyən dövlətlər başqa üsula əl atıblar.
İŞİD himayədarları bu terrorçu qurumun fəaliyyətini Şimali Qafqaza keçirməklə regionda qeyri-stabil vəziyyət yaratmaq istəyirlər. Hədəfdə Rusiya və Türkiyədir. Məqsəd yeni qaz xəttinin çəkilməsinin qarşısını almaqdır. Belə ki, İŞİD Şimali Qafqazda aktiv əməliyyatlara başlayarsa, istər-istəməz qaz kəmərinin taleyi sual altına düşəcək. Belə bir şəraitdə Avropanın Rusiya qazından imtina etməsi təbii görünəcək. Rusiya-Türkiyə qaz anlaşmasından narazı qalan ABŞ və Avropa İttifaqı bu üsulla həm də Türkiyəni cəzalandırmaq istəyir”.
Keçmiş kəşfiyyatçı İŞİD-in Şimali Qafqazda aktivləşdirilməsinin digər səbəbini də açıqlayıb: “Bu həm də Ukrayna problemi ilə bağlıdır. Burada əsas hədəf Çeçenistan rəhbəri Ramzan Kadırovdur. Dekabrın 4-də Qafqaz “əmirliyi”nin yaraqlıları Qroznıya hücum edərək bir neçə saat şəhərə nəzarət edə bildilər, bununla da Kadırovun imicinə ciddi zərbə vurdular. Heç kəsə sirr deyil ki, Kadırov tərəfdarlarından ibarət batalyon Ukraynada separatçılara böyük dəstək verir, hərbi əməliyyatlarda Ukrayna ordusunun mövqelərinə zərbə endirir. Şimali Qafqazda İŞİD-i təşkilatlandıranlar rəsmi Kremli və Ramzan Kadırovu məcbur etmək istəyirlər ki, çeçen batalyonunu Ukrayna ərazisindən geri çəksin".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024