Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 17:11)
Tramp-Zelenski görüşü Kremlin planlarını pozdu - ABŞ və Avropa Ukraynanı dəstəkləmək üçün birləşir

Bu barədə "The Washington Post"-da dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Putinin Trampla Alyaskada keçirdiyi əvvəlki ikitərəfli görüşdən sonra Rusiya yeni sanksiyalardan yayınmağa nail olmuşdu. Kreml rəhbəri bu görüşdən istifadə edərək, həm ABŞ-la iqtisadi münasibətləri müzakirə etməyə, həm də Ukraynada müharibəni uzatmağa çalışırdı.

Lakin Vaşinqtonda keçirilən sammit Trampın və Avropa liderlərinin Ukraynaya verdiyi dəstəyi nümayiş etdirməklə, Putin üçün mənfi siqnal oldu. "The Washington Post" yazır ki, Putin bu görüşdən sonra nə Ukraynanı nəzarətə götürmək, nə də ABŞ-ni Avropadan ayırmaq məqsədlərinə çata bilmədi.


Bundan əlavə, sammitdə müzakirə olunan mövzular Kreml rəhbərinin üzərinə daha çox məsuliyyət qoydu. Artıq ABŞ və Avropa, sülh prosesində növbəti addımı atmağın məhz Putinin borcu olduğunu açıq şəkildə bəyan edirlər.

Qəzetin məlumatına əsasən, Tramp Zelenski və Putin arasında birbaşa görüş keçirmək təşəbbüsündə israrlıdır və bu görüşün təşkili üzərində iş aparılır. Lakin ehtimallar Putinin belə bir dialoqa hazır olmadığını, əksinə, Ukraynanın təslim olmasını gözlədiyini göstərir.

"Carnegie Fondu"-nun baş elmi işçisi Neit Reynolds bildirib ki, Putin üçün Ukrayna “ağ balina”ya çevrilib – çatmaq istədiyi, lakin reallıqda mümkün olmayan bir hədəfdir. Reynoldsun fikrincə, ABŞ və Rusiya arasında bu müharibə ilə bağlı fundamental anlaşılmazlıq var. Rusiya tərəfi, ABŞ-ın Kreml tələblərini tam anlamadığını hesab edir.(azpolitika)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025