Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (Dünən, 21:41)
“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan

sulh-masasi-turkiyede-qurulacaq


Mediatv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Ərdoğan qeyd edib ki, mayın 16-da İstanbulda keçirilən danışıqların birinci raundundan sonra 1000 məhbusun qarşılıqlı mübadiləsi başa çatıb. İyunun 2-də keçirilən ikinci raunddan sonra təxminən 7060 Ukrayna əsgərinin qalıqları müqabilində 997 rus əsgərinin qalıqları qaytarılıb və 1200 əsirin mübadiləsi başa çatıb:

“İyulun 23-də Xarici İşlər Nazirimizin köməkliyi ilə keçirilən danışıqların üçüncü raundunda azı 1200 hərbi əsir dəyişdirilməsi razılaşdırıldı. Biz inanırıq ki, bu müharibə indi başa çatmalıdır. Mən hər fürsətdə liderlər səviyyəsində görüş keçirməyə hazır olduğumuzu vurğulayıram.

Çox da uzaq olmayan gələcəkdə Türkiyədə də sülh masası qurulacaq və bu qanlı müharibə sona çatacaq”.

Qeyd edək ki, iyulun 23-ü İstanbulda nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Ukrayna tərəfi liderlər səviyyəsində görüş təklif edib.

Bundan sonra KİV-də yayılan xəbərlərdə Türkiyədə ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü istisna edilməyib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025