Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:13)
 Məcnun müəllim nə qədər ki, bu məsələyə seyrçi qalacaq...

 "2025-ci ildə Azərbaycan xaricə 192,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Neftdən sonra ölkəyə ən cox valyuta gətirən pomidor məhsulu həm də on minlərlə insanın dolanışıq və qazanc sahəsidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində fermer-sahibkar Şahin Nəcəfli qeyd edib.
O daha sonra bildirir: "İstixanalarda pomidor yetişdirmək sahibkarlar üçün böyük xərc tələb edir, problemləri və riskləri böyükdür.
İstixanalara qaz cəkilişi 100-150 minə başa gəlir.
Kənd təsərrüfatı sahəsi olaraq, qaz çəkilişi zamanı, dövlət tərəfindən, hər hansı bir dəstək və güzəşt yoxdur.
Ötən illərdə qazdan istidadəyə görə yaranan borca görə, məhsul cıxışına qədər sahibkara vaxt verilirdi.
Necə deyərlər borclu borclunun sağlığını istəyirdi...
Amma bu ildən sahibkara hec bir güzəşt tanınmır. Son qəpiyinə kimi qaz borcu bağlanmasa, qazdan istifadəyə imkan verilmir.
Bu səbəbdən, məsələn, Şəmkirdə nə qədər sahibkar bu il, istixanalarını boş saxlayıb.
Əvəzində nə baş verir?
"AzəriQaz" borcunu ala bilmir, insanlar iş yerini itirir, sahibkar bankrot olur, ölkəyə valyuta gəlişi azalır..
Dövlət və vətəndaş olaraq dəstək və əməkdaşlıq şəraitində niyə inkişaf etmək istəmirik?
Sahibkarlar "AzəriQaz"dan çox yox , 3 aylıq... məhsul cıxana qədər güzəşt istəyir... may ayına kimi...
Amma sahibkar istilikxanasını əkməsə, "AzəriQaz" 2-3 ilə məhkəmə yolu ilə... həm də ya qismət borcunu ala bilə...
"AzəriQaz"da qərar verən hikkəli və qalustuklu yoldaşlaradır sözüm: cəza və sərt qaydalarla dövlətimizi və vətəndaşımızı yalnız zəif salırıq.
Bəlkə bir az yumşalaq..."

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
11 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026
10 02 2026