Dünya (27-02-2015, 21:12)
Nazarbayevin kürəkəninin zəhərləyib öldürüblərmiş - Analizin şok nəticəsi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bir neçə gün əvvəl ölmüş sabiq kürəkəni Rahat Əliyevin qanında qadağan olunmuş maddə tapılıb.
Avropa.info xəbər verir ki, avstriyalı ekspertlər apardıqları qan analizində bu nəticəyə gəliblər. Məlumatı Avstriya prokurorluğu yayıb.
Rahat Əliyevin qanında tapılan barbiturat dərman maddələri Avstriyada qadağan olunub. Həkim tərəfindən bu maddələrin dərman kimi yazılma ehtimalı prokurorluq tərəfindən rədd edilib.
Barbituratlar mərkəzi sinir sisteminə təsir göstərən dərman qrupudur. Sakitləşdirici və yuxugətirən xassəsi var. İnsan sinirə narkoz səviyyəsində təsir edə bilir. Artıq səviyyədə qəbul olunanda qanda orqanizmdə zəhərə çevrilmə ehtimalı var.
Nursultan Nazarbayevin qızının keçmiş əri Rahat Əliyev 24 fevralda öz kamerasında asılmış vəziyyətdə tapılmışdı.
Ölümündən bir neçə gün öncə onu üç adamlıq kameradan tək adamlıq kameraya köçürmüşdülər.