Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 09:19)
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...

Berbok Bakını niyə erkən tərk edib?
Almaniyanın xarici işlər naziri Annalena Barbokun Bakıda keçirilən iqlim konfransını erkən tərk etməsinin səbəbi bəlli olub. Musavat.com “Almaniya xəbərləri” teleqram kanalına istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinə yaxın çevrələrin məlumatına görə, “son vaxtlar xanım nazir çox işləyir və yorğundur”. Üstəlik, bu yaxınlarda keçirilən partiya konfransında soyuqlayıbmış.

Maraqlıdır ki, Berbok Bakıda olduğu qısa müddətdə Azərbaycanı “insan haqlarının vəziyyətinə görə” ittiham etməyə fürsət tapıb ki, buna Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində cavab verib. “ COP29 danışıqlarının ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır” deyə, H.Hacıyev yazıb.

Digər mənbələr də Berbokun gərginliyini hazırda Almaniya hakimiyyətindəki böhranla izah edirlər. 2025-ci ildə keçiriləcək Bundestaq seçkilərində Berbokun da təmsil olunduğu “Yaşıllar”ın hökumət koalisiyası qurmaq ehtimalı çox azdır. Almaniyada “Yaşıllar”ın siyasi erası başa çatmaq üzrə olduğu haqda danışılır.

Berbok Bundestaqa federal seçkilərdə “Yaşıllar”dan kansler vəzifəsinə namizədliyini irəli sürməsinə nail oldu, amma xarici işlər naziri vəzifəsini tutaraq, Almaniyanın xarici siyasətini tamamilə Atlantik yönümlü kursa yönəltdi. Onun dövründə məsələn, Rusiya-Almaniya münasibətləri “dibə” düşdü. Rusiyanın beş baş konsulluğundan dördü bağlandı, onlarla rus diplomatı Almaniyanı tərk edib.

Ceyhun Bayramov Berbokla nələri müzakirə etdi? – FOTO

Annalena Berbokun Avropa Parlamentinə seçkilər ərəfəsində nazir postunu tərk edib, Aİ Avropa Komissiyasına vəzifə tutmaq istədiyi deyilirdi, amma “Yaşıllar” burda istənilən nəticəni əldə edə bilmədilər.

Almaniya mediası isə fevralın 23-də keçiriləcək seçkilərdən sonra artıq yeni xarici işlər nazirinin kimliyi haqda yazır. Berbokun yerini Rolf Myutsenihin tutacağı deyilir. Sosial Demokrat Partiyasında olan siyasətçənin mümkün “qırmızı-qara” koalisiyada xarici işlər naziri portfelini almaq şansı yüksəkdir.

Ukraynanın bu ölkədəki sabiq diplomatı Andrey Melnik Ukrayna müharibəsində fərqli mövqeyə sahib Myutsenihin Almaniyanın ən ürəksiz və məkrli siyasətçisi kimi qiymətləndirib. “Növbəti böyük koalisiya onu xarici işlər naziri etsə, özümü güllələyəcəm” deyə, ukraynalı diplomat bildirib.

Sonda qeyd edək ki, Almaniyanın xarici işlər naziri həyat yoldaşı Daniel Holefleischin ayrıldığı rəsmi şəkildə təsdiqlənib.

Musavat.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024