Dağıstanın Buynaksk administrasiyası rəhbərinin müavini Həmzət Osmanovun əlində qumbara partlayıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə Həmzət Osmanovun əli qopub. Məlumata görə, administrasiya rəsmisi dostları ilə oturarkən stolun üstündəki partlayıcını götürüb və onu fırlatmağa başlayıb. Bu zaman qumbara partlayıb və Osmanovun sol əli qopub. 

O, Mahaçqala xəstəxanasına yerləşdirilib.