Dünya (25-10-2023, 12:01)
Erməni professor Ermənistanı fahişə ilə müqayisə etdi

Mediatv.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin professoru Artur Atanesyan Ermənistandakı mövcud vəziyyəti şərh edərkən deyib.
“Tələbələrimə deyirəm ki, Şekspirin məşhur “Həyat səhnədir, insanlar aktyordur” misrasını hərfi mənada qəbul etmək olmaz. Həyat teatr deyil, biz aktyor deyilik, əsgərimiz real həyatda, döyüş meydanında həlak olub, o artıq yoxdur və bu tamaşanın sonu deyil, həyatın sonudur. Ona görə deyirəm: aşağı en, torpağa toxun, real şəkildə düşün, nəsə əkib-becərməyə çalış. Azərbaycan Qarabağda məhz belə edir. “Qarabağı qaytaracağıq” deyirik, amma Azərbaycan faktiki olaraq yerli hava limanları tikir. Biz hər şeyi öz içimizdə belə idarə etmirik. Bu uğursuzluqdur, gəlin indi başımıza nə gələcəyini anlayaq. İnsanları güclü və qürurlu olmaları üçün ruhlandırırlar, amma biz başqa yerlərdən idarə olunuruq. Bəli, gələcək var, o, 100 faiz başqaları tərəfindən, kənardan idarə olunmaq imkanıdır. Maraqlıdır ki, kimin idarə edəcəyinə biz qərar vermirik, bu başqalarından asılıdır. Obrazlı desək, pul üçün başqaları ilə yatan qadın kimi bizə kimin nəzarət edəcəyinə biz qərar vermirik”, - o bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025