Dünya (3-10-2023, 16:11)
Türkiyədə terror təbliğatında ittiham olunan jurnalist saxlanıldı
Mediatv.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Jurnalistin saxlanılmasına səbəb oktyabrın 2-də bir bir gün öncə Ankarada baş verən terror hadisəsini şərh edərkən işlətdiyi ifadələr olub. İstanbul Baş Prokurorluğunda A. Arslanla bağlı əvvəlcə istintaq başladılıb, sonra isə jurnalist İstanbulun Sarıyer ərazisində yerləşən evində saxlanılıb. O, “terror təşkilatının təbliğatını aparmaq”, “cinayəti və cinayətkarı tərifləmək” maddələri ilə ittiham olunur.
Arslanın yaxın saatlarda ifadə verəcəyi gözlənilir.
Həmçinin Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) tərəfindən Halk TV ilə bağlı da araşdırmalara başlanıldığı bildirilir.
Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə ilə əlaqədar iki polis əməkdaşı yüngül xəsarət alıb.