Dünya (7-09-2023, 18:04)
Kreml Ermənistanı necə cəzalandıracaq?! - İNCƏLƏMƏ...
Ermənistan və Amerika Birləşmiş Ştatları birgə hərbi təlim keçirəcəklər. Bu haqda məlumatı Reuters yayıb. Agentlik xəbər verir ki, "Eagle Partner" adı altında sentyabrın 11-20-də keçiriləcək birgə təlimdə Ermənistandan 175, ABŞ-dan 85 hərbi qulluqçu iştirak edəcək.
Təlimin "qüvvələrin beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq" məqsədilə keçirildiyi bildirilsə də, Moskva bu aksiyanın "sülhməramlı" olduğuna inanmır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan hakimiyyətinin Amerika hərbçiləri ilə birgə təlim keçirmək planı "narahatlıq doğurur, xüsusilə, indiki şəraitdə".
Peskov Preziden Vladimir Putinin sözçüsüdür, bu da o deməkdir ki, özünün deyil, Kremlin sahibinin sözünü deyib. Beləliklə, Peskovun (Putinin) işlətdiyi "narahatlıq" ifadəsi, narazılıq deməkdir. Həm də bu birgə təlimlərin "xüsusilə, indiki şəraitdə" keçirilməsindən narazılığın mənası aydındır; Rusiya Ukrayna ilə müharibə edərkən Ermənistanın atdığı bu addımı kürəyinə vurulmuş bıçaq kimi hiss edir. Moskva anlayır ki, bu, ABŞ-ın Qafqaza daxil olmaq və Rusiyanı cənubdan da mühasirəyə almaq, Gürcüstanı yenidən ələ keçirmək planıdır. Vaşinqton Ermənistandan bir alət kimi istifadə edir. ABŞ Avropa İttifaqının, ayrılıqda Fransanın, eləcə də, Çinin və Türkiyənin Cənubi Qafqazda öz təsirini artırmasına mane olmaq fikrindədir. Bölgəyə daxil olub, möhkəmlənərsə, növbəti həmlələr Mərkəzi Asiyaya, hətta Şimali Qafqaza - Rusiyanın içərilərinə ediləcək. Odur ki, Rusiyanın narahat olmağa tutarlı əsasları var. Təkcə Rusiyanın da yox!
Amma Peskov (Putin) bəyan edir ki, Rusiya prosesi "dərindən təhlil edəcək və "vəziyyəti izləyəcək". Bu ifadələrin mənası: Ermənistan çox dərinə getsə, peşman olacaq.
Ruslar başa düşür ki, hazırda Moskvanın Cənubi Qafqazdan da sıxışdırılması prosesi sürətlənib. Daha əvvəl buna Gürcüstanda cəhd olundu. Ancaq Rusiya cəza tədbirləri ilə cavab verdi; Abxaziyanın və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanıdı. Rusiyalı gürcü oliqarxın üzərindən hərəkətlə Gürcüstanı əsasən öz orbitinə qaytardı, neytrallaşdırdı (ən azı bue müddətə). Qərb Mixeil Saakaşvilini Gürcüstan siyasətinə yenidən tətbiq etməklə revanşa qalxdı, alınmadı. Gürcüstan hakimiyyəti Saakaşvilini faktik girov saxlayır; Rusiyadan qorunmaq vasitəsi kimi. Nikol Paşinyanın da hazırda Saakaşvilinin taleyini yaşayacağını proqnozlaşdıranlar var. Nə qədər doğrulacaq, zaman göstərər.
Bir fakt göz qabağındadır: 2023-cü ilin Ermənistanı 20 il əvvəlin Gürcüstanı gedən yolu tutub. İrəvana Avropa İttifaqına, NATO-ya üzvlük vədləri verilib. Eyni vədlər Gürcüstana da, Ukraynaya da verilmişdi. Ancaq hələ ki vəd olaraq da qalır. Kreml Rusiyada Ermənistandakından çox erməni yaşadığını və Rusiyanın ictimai, iqtisadi həyatında həmin ermənilərin yüksək yerlərə sahib olduqlarını xatırladıb. Bu xatırlatmanı, deyəsən, bir yerdən xatırladıq; Kreml Nikol Paşinyana xəbərdarlıq edir; "Bizdə Bidzina İvanaşvilnin erməni versiyası var. Həm də az deyil", -deyir. Proseslərin axarını təxmin etmək olar...
Seyid Əhmədli, Bizimyol.info
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024