Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-07-2023, 09:15)
Şoyqunun Şimali Koreyaya səfərinin gizli səbəbi

 Nazir Sergey Şoyqunun başçılıq etdiyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Şimali Koreyaya Qələbə gününü qeyd etməyə yox, orduya sursat tədarükü üçün razılığa gəlməyə gedib.
Mediatv.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
“Bu səfər yalnız Rusiyada sursat çatışmazlığını təsdiq edir. Onlar öz resursları sayəsində bu problemi vaxtında və tam şəkildə həll edə bilmir. Ona görə də üçüncü tərəfi cəlb etmək son dərəcə vacib bir vəzifədir. KXDR isə görünür, uyğun namizəddir”, - Kovalenko bildirib.
Kovalenkonun sözlərinə görə, Rusiya ordusu üçün Koreya kifayət qədər uyğun geniş texnika və sursata malikdir:
“Xüsusilə, koreyalıların sərəncamında "Chonma-ho" (Şimali Koreyanın gizli yerli əsas döyüş tankı dizaynlarından biri) variantında T-62 tankları, 115 mm və 125 mm lülələr, 152 mm və 122 mm top artilleriyasının geniş xətti, 122 mm-lik reaktiv yaylım atəş qurğuları, 120 mm, 82 mm-lik minaatanlar və s. var”.
Ekspertin fikrincə, Şimali Koreya Rusiyaya silahla kömək etməyə razılaşarsa, problem onun defisitində yox, logistikasında olacaq:
“Şimali Koreya ilə Rusiya arasında yeganə dəmir yolu əlaqəsi Drujba körpüsüdür ki, bu da yalnız bir logistik arteriyadır. Şimali Koreya texnoloji çöküş yaşayır. Nəqliyyat sənayesi 7/24 eşelonların hərəkətini təmin edə bilməyəcək. Bundan əlavə, KXDR-də hətta lazımi sayda eşelon da yoxdur”.
O əlavə edib ki, bütün bu səbəblərdən Koreya mərmilərinin Rusiyaya tədarükü vəziyyətə kritik təsir göstərməyəcək.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024