Dünya (4-07-2023, 15:31)
Silvio Berluskonin villası muzeyə çevrilə bilər
Silvio Berluskoninin Milan yaxınlığındakı malikanəsi tezliklə onun pərəstişkarları üçün cazibə yerinə çevrilə bilər. Mərhum siyasətçi və iş adamının qohumları Villa San Martinoda muzeyin açılması imkanını müzakirə edirlər. Bu barədə Berluskoninin yaratdığı “İrəli İtaliya” siyasi partiyasındakı mənbələr məlumat verib.
Yerli “Il Messaggero” qəzetinin məlumatına görə, əvvəlcə mülkə özəl turların təşkili, bir müddət sonra isə geniş ictimaiyyət üçün tam hüquqlu muzeyin açılması planlaşdırılır. Nəşr qeyd edir ki, dəhlizlərdə eks-baş nazirin çıxışlarının yazıları dinləniləcək, 2013-cü ildə Berluskoninin partiyasının 20 illiyi şərəfinə çəkilmiş “Azadlıq çayı” (Il fiume della libertà) sənədli filmi ekranlarda nümayiş etdiriləcək.
Ziyarətçilər həmçinin 70 otağın labirintini gəzə, rəsm kolleksiyasını, o cümlədən Titian və Rembrandtın rəsmlərini, eləcə də bir çoxunda villanın görkəmli sahibini təsvir edən portretlər kolleksiyasını qiymətləndirə biləcəklər. Berluskoninin kitabxanasında 10 mindən çox kitab var və onun ofisində dünya liderlərinin hədiyyələri təqdim olunur. Orada Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın hədiyyələrini də qiymətləndirə bilərsiniz.
Əmlakın əsas “atraksionlarından” biri İtaliyanın keçmiş baş nazirinin sağlığında ucaldılmış bağdakı mərmər məqbərədir. İndi onun qalıqları orada dəfn olunub ki, hamı siyasətçinin xatirəsini bu əzəmətli abidədə yad edilə bilsin.
Maraqlıdır ki, Silvio Berluskoninin vəsiyyəti gələn həftə açıqlanacaq. Onun imperiyası aprel ayında 7,4 milyard dollar dəyərində qiymətləndirilib. İş adamı Monza futbol klubuna, müxtəlif daşınmaz əmlaka, yaxtalara və sənət kolleksiyalarına sahib idi. Mərhumun əsas aktivi İtaliyanın ən böyük yayım şirkəti Mediaset-dir. Hələlik Berluskoninin sərvətinə necə sərəncam verməsi məlum deyil, lakin mərhuma yaxın mənbə The Guardian-a deyib ki, “keçmiş arvadlar da daxil olmaqla hamıya qayğı göstəriləcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024