Dünya (3-07-2023, 14:41)
Novak: Rusiya avqust ayında neft ixracını könüllü olaraq gündəlik 500 min barel azaldacaq
TASS-a istinadən məlumat verir ki, Rusiya 2023-cü ilin avqustunda neft ixracını könüllü olaraq sutkada 500 min barel azaltmaq qərarına gəlib. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
“Bazarda tarazlıq yaratmaq səylərinin bir hissəsi olaraq, Rusiya avqust ayında ixracı müəyyən edilmiş məbləğdə azaltmaqla könüllü olaraq neft bazarlarına tədarükünü gündəlik 500 min barel azaldacaq”.
Rusiya daha əvvəl mart ayında neft hasilatını könüllü olaraq fevral ayının orta göstəricisindən gündəlik 500 min barel azaltmaq qərarına gəlib, daha sonra hasilatın azaldılması iyun ayına, daha sonra isə bu qərar ilin sonuna qədər uzadılıb. Yeni qərar istehsala deyil, ixraca aiddir.
Eyni zamanda Səudiyyə Ərəbistanı da ilkin olaraq iyul ayı üçün nəzərdə tutulan neft hasilatının sutkada 1 milyon barel könüllü olaraq kəsilməsini avqust ayına qədər uzatmağa qərar verən bəyanatla çıxış edib.
İyulda olduğu kimi avqustda da Səudiyyə Ərəbistanının neft hasilatı sutkada 9 milyon barel təşkil edəcək. Hesabatda qeyd edilir ki, bu könüllü azalma hasilatın sutkada 500 min barrel azaldılması ilə bağlı əvvəlki qərara əlavədir və daha uzun müddətə uzadıla bilər.
Bir ay əvvəl OPEC+ ölkələri iyunun 4-də keçirilən iclasda 2024-cü ilin sonuna qədər neft hasilatının parametrləri barədə razılığa gəliblər. TASS-ın hesablamalarına görə, ilkin olaraq, gələn ildən hasilatın 2022-ci ilin oktyabrında razılaşdırılmış kvota səviyyəsindən azaldılması sutkada 1,393 milyon barel təşkil edə bilər. Rusiyanın yeni kvotası nəzərə alınmaqla, 2024-cü ildən hasilatın azalması indi sutkada 1,272 milyon barel təşkil edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024