Fransada başlayan iğtişaşlar Belçika və İsveçrəyə də sirayət edib.Mediatv.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. BBrüsseldə mitinqlər nisbətən sakit tərzdə keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri seçmə qaydada yoxlayıblar. Son məlumata görə, Brüsseldə 10 nəfər saxlanılıb.

İsveçrədə isə iğtişaşlar başlayıb. Qarətçilər Lozanna şəhərində mağazaları hədəfə alıblar.

Qeyd edək ki, onlardan 7-si saxlanılıb.