Dünya (28-06-2023, 10:50)
Surovikin və digər rus generalları Priqojinin üsyan törətmək planlarından xəbərdar ola bilərdilər
Keçən il Ukraynada Rusiya qoşun qruplaşmasına komandanlıq edən general Sergey Surovikin Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar ola bilərdi.
Bu barədə “The New York Times” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
ABŞ rəsmiləri bildirirlər ki, digər rus generallarının Vaqner ÖHK-nın təsisçisinin müdafiə nazirliyinin rəhbərliyini dəyişmək cəhdini dəstəklədiyinə dair əlamətlər var. ABŞ-ın indiki və keçmiş rəsmiləri hesab edir ki, Priqojin köməyə inanmasaydı, üsyana başlamazdı.
Nəşr qeyd edir ki, əgər Surovikin həqiqətən də 24 iyun hadisələrində iştirak etsəydi, bu, Rusiyanın hərbi rəhbərliyi arasında fikir ayrılığının son əlaməti olardı və Putinlə Priqojin tərəfdarları arasında daha geniş parçalanmanın olduğunu göstərə bilərdi.
Rəsmilərin fikrincə, Putin indi Surovikinin Priqojinə kömək edib-etmədiyini və buna necə cavab verəcəyini qərar verməlidir. Əgər onun kömək etdiyi üzə çıxarsa, Rusiya prezidentinin Surovikini komandanlıqdan uzaqlaşdırmaqdan başqa yolu qalmayacaq.
Hələlik analitiklərin fikrincə, Putin üsyanı yalnız Priqojinin üzərinə atmaq niyyətində görünür.
Nəşr xatırladır ki, Priqojin Suriyada general Surovikinlə birlikdə çalışıb və onu “Rusiya ordusunun ən bacarıqlı komandiri” adlandırıb. Onlar birlikdə Sergey Şoyqu və Valeri Gerasimovu Ukraynada tətbiq olunan taktikalara görə dəfələrlə tənqid ediblər.
Xatırladaq ki, iyunun 24-nə keçən gecə Sergey Surovikin “Vaqneritlər”i və Priqojini “dayan” çağırdığı videomüraciət yazmışdı.
KİV-in məlumatına görə, hələ iyunun ortalarında Amerika kəşfiyyat xidmətləri vaqnerçilərin liderinin iğtişaş planlaşdırdığını bilib.
Ötən gün Priqojin “Moskvaya qarşı yürüş”ə niyə başladığı və niyə dayandırdığı ilə bağlı öz versiyasını söyləyib .

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024