Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-06-2023, 17:21)
Almaniya prezidenti Çindən Ukraynada sülh üçün Rusiyaya təsir göstərməsini istəyib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, Çin rəhbərliyi Ukraynadakı münaqişədə “ədalətli sülhə” nail olmaq üçün Rusiyaya təsir göstərə bilər. Bu barədə onun mətbuat katibi Kerstin Qammelin öz Tvitter səhifəsində yazıb.

"Prezident Ştaynmayer vurğuladı ki, Çin öz qlobal siyasi çəkisindən istifadə edə və ədalətli dünya qurmaq üçün Rusiyaya təsir göstərə bilər", - o, bu barədə prezidentin Çinin Baş naziri Li Ketsyan ilə danışıqları haqqında deyib.
Qeyd olunur ki, alman tərəfi həmçinin Çin-ABŞ münasibətlərinin qlobal təhlükəsizliyin təmin olunması üçün əhəmiyyətini vurğulayıb və Pekin və Vaşinqton arasında kommunikasiya kanalının gücləndirilməsinə çağırıb.
Qammelinin fikrincə, "bu gün Çin Almaniyanın mallar üzrə ən böyük ticarət tərəfdaşıdır", lakin eyni zamanda, Pekin getdikcə daha çox Berlin üçün siyasi arenada rəqibə çevrilir.
Bundan əvvəl Avropa Xarici Əlaqələr Şurasının (ECFR) sorğusu göstərmişdi ki, avropalılar Çini Rusiya ilə sıx əlaqələrə malik olduğuna görə rəqib kimi görmürlər. “Çin və Rusiya arasındakı tərəfdaşlığa və Pekinin Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməkdən imtina etməsinə baxmayaraq, sorğunun nəticələri göstərir ki, Avropanın Çinlə bağlı təsəvvürləri təəccüblü dərəcədə az dəyişib”. шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024