Dünya (6-06-2023, 13:10)
Narkotik qəbul edib və gizlədib? Şahzadə Harri ABŞ-dan deportasiya edilə bilər
Media.tv news.ru-ya istinadən məlumat verir ki, Böyük Britaniya kral ailəsinin nümayəndəsi ştatlara səfər edərkən narkotikdən istifadə etdiyi barədə məlumat verməyib.
Şahzadə Harri ABŞ-dan deportasiya oluna və ölkəyə girişinə qadağa qoyula bilər. III Karlın "Ehtiyat" oğlu öz xatirələrində narkotikdən istifadə etdiyini etiraf edib. Dövlətlərin qanunlarına görə, o, bu barədə məlumat verməli və bədəndə qadağan olunmuş maddələrin olub-olmaması üçün testlər aparmalı idi. Bunun Harrinin həyat yoldaşı və uşaqları ilə Kaliforniyaya köçməsindən əvvəl baş verməsinə baxmayaraq, o, hələ də ştatlarda yaşamaq hüququnu itirə bilər.
İş üzrə ilk dinləmə iyunun 6-da Kolumbiya dairəsi üzrə federal məhkəmədə keçiriləcək. Şahzadə Harri üçün bu necə bitə bilər?
ABŞ səlahiyyətliləri narkotik haqqında necə öyrəndilər?
10 yanvar 2023-cü ildə Sasseks hersoqu özünün "Spare" adlı xatirə kitabını nəşr etdi. Şahzadə Harri bir barın həyətində bakirəliyini necə itirdiyini, Əfqanıstanda 25 nəfəri necə öldürdüyünü, həmçinin kral ailəsinin üzvləri arasındakı münaqişələrdən danışıb.
Öz tərcümeyi-halında şahzadə narkotik sərxoşluğu vəziyyətində olmasından damışıb.
Hersoqun açıqlamaları böyük rezonans doğurub. Mühafizəkar düşüncə mərkəzi olan Heritage Foundation hakimiyyətdən Harrinin ölkədə qalmaq hüququna yenidən baxılmasını tələb edib.
ABŞ-ın immiqrasiya qanunlarına əsasən, əcnəbilərin narkotik vasitələrin istifadəsi, saxlanması və paylanması ilə bağlı məlumatlar onların ölkəyə girişinə qadağa qoyulması üçün kifayət qədər əsas ola bilər, o cümlədən yaşayış icazəsinin verilməsi.
Əvvəlcə analitik mərkəzin əməkdaşları Britaniya vətəndaşı Henri Çarlz Albert Devidin (şahzadə Harrinin tam adı) immiqrasiya dosyesinin dərci üçün rəsmi müraciət edib. Görünür, söhbət ABŞ-a köçən əcnəbinin standart profilindən, onunla müsahibələrin stenoqramlarından gedirdi. Bu məlumatları öyrəndikdən sonra Harrinin narkotik istifadə etdiyini etiraf edib etmədiyi məlum olacaqdı. Lakin “Heritage Foundation”dan imtina edilib, çünki şahzadə “onun haqqında məlumatın dərcinə razı olduğunu bildirməyib”.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024