Dünya (5-06-2023, 12:29)
Britaniya kral ailəsinin üzvü məhkəmədə ifadə verəcək
Mediatv.az rambler.ru-ya istinadən məlumat verir ki, Britaniya kral ailəsinin üzvü 130 ildən sonra ilk dəfə məhkəmədə ifadə verəcək.
Şahzadə Harri 130 ildən sonra Britaniya kral ailəsinin məhkəmədə ifadə verən ilk üzvü olacaq. Bu barədə “Financial Times” qəzeti yazıb.
Məhkəmə Daily Mirror-a qarşı prosesin bir hissəsi kimi keçiriləcək. Şahzadə qəzetin təşkil etdiyi qeyri-qanuni məlumat toplanmasının qurbanı olduğunu iddia edir, həmçinin bunu özünün "ağır depressiya və paranoya dövrləri" yaşamasına görə günahlandırır. Şahzadə həmçinin iddia edir ki, onun həyatı ilə bağlı 1996-2010-cu illər arasında dərc edilmiş 140-a yaxın məqalədə qanunsuz yollarla əldə edilmiş məlumatlar var.
Harri bazar ertəsi Londonda Ali Məhkəmə qarşısında çıxış etməlidir və tezliklə ifadə verməyə başlayacaq.
Müttəhim “Mirror Group Newspapers”-in sözçüsü Endryu Qrin məhkəməyə bildirib ki, şahzadə haqqında məlumatların yer aldığı hekayələrin çoxu “kral ailəsi və ya kral ailəsinin üzvləri tərəfindən və ya onun adından açıqlanan məlumatlara əsaslanır”.
Şahzadə Harri 1890-cı ildə baş verən "Kral Baccarat qalmaqalı"ndan sonra, fırıldaqçılıqda ittiham olunan kart oyunçusu Uels şahzadəsinə qarşı böhtan iddiası qaldırdıqdan sonra kral ailəsinin məhkəmədə ifadə verən ilk yüksək vəzifəli üzvü olacaq.
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək səviyyəli üzvləri olmaqdan çıxdılar. Həmin gündən etibarən cütlük səfərlərdə monarxı rəsmi təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və Əlahəzrətləri titulundan istifadə etmək imkanını itirib.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024