Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif "Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.
"Unikal" xəbər verir ki, bu barədə "Geo” TV məlumat yayıb.
Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.
Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur.
Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.
19:41
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.
"Unikal" xəbər verir ki, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.
Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur.
Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.
17:23
Pakistanın Ali Məhkəməsi keçmiş Baş nazir İmran Xanın həbsinin qanunsuz olduğunu bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin rüşvətxorluqla mübarizə agentliyi onun dərhal azad edilməsi barədə göstəriş verib.
"Baş verənlər İmran Xan üçün ədalətli deyildi", - deyə Pakistan Ali Məhkəməsi açıqlayıb.
Ali Məhkəmə daha sonra İmran Xanın 12 mayda İslamabad Ali Məhkəməsinə gətirilməsini əmr edib.
Qeyd edək ki, keçmiş Baş nazir mayın 9-da İslamabad Ali Məhkəməsinin qarşısında həbs edilib. Onun həbsindən sonra ölkədə kütləvi etirazlar başlayıb.