Gecə saatlarında rus qoşunları Nikolayevə raket zərbəsi endirib, bir nəfər həlak olub.Mediatv.az xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb. 

"Nikolayev gecə saatlarında yenidən S-300 raketləri ilə atəşə tutulub. İki mərtəbəli bina vurulub. Dağıntılar altından kişi cəsədi tapılıb, axtarış-xilasetmə əməliyyatları davam edir", - Kim deyib.