Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-10-2022, 16:05)
Krım körpüsündəki partlayışda 3 nəfər ölüb - (YENİLƏNİB)

 Krım körpüsündəki partlayış nəticəsində 3 nəfər ölüb.

Mediatv.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, faciə qurbanları partladılmış yük maşınının yanı ilə hərəkət edən minik avtomobilinin sərnişinləri olub.

Artıq iki nəfərin meyiti sudan çıxarılıb. Onların şəxsiyyəti müəyyənləşdirilir.

***
Ukrayna ordusu Krım körpüsünü vurub.

Mediatv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti dayandırılıb.

"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024