Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-09-2022, 16:02)
ABŞ 64 hərbi təyyarə və helikopteri Taciksitan və Özbəkistana verə bilər

 ABŞ-ın Taciksitan və Özbəkistanla apardığı danışıqlar bu ölkələrə 64 ədəd təyyarə və helikopterin verilməsi ilə nəticələnə bilər.

Mediatv.az xəbər verir ki, bu barədə ABŞ-ın məşhur "Politico" nəşri portalı öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, söhbət ötən ilin avqust ayında əfqan pilotlar tərəfindən qaçırılmış texnikadan gedir. Bu hərbçilər Əfqanıstan Talibanın nəzarətinə keçdikdən sonra ölkəni təyyarə və helikopterlərlə tərk ediblər.

"Politico" yazır ki, Vaşinqton onlara veriləcək təyyarə və helikopterlərin müqabilində Düşənbə və Daşkənddən Əfqanıstanda “terrorçularla” mübarizədə dəstək istəyir...

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə hazırda Özbəkistanda 46 ədəd, Tacikistanda isə 18 ədəd qaçırılmış aviatexnika vahidi var. Bunların arasında Mi-17 və Black Hawk helikopterləri, habelə turbopərli Embraer А-29 qırıcıları, Pilatus və Cessna sərnişin təyyarələrinin olduğu deyilir.

Məqalədə qeyd olunur ki, "Taliban" hakimiyyətə gəldiyi vaxtdan sözügedən aviasiya texnikasının ona qaytarılmasını tələb edib, lakin Daşkənd bildirib ki, texnikanı yalnız onun sahibinə – ABŞ-a qaytara bilər. Rəsmilərdən biri deyib ki, ABŞ həmin texnikanın qiymətləndirilməsini keçirmək, onların hələ də uçuşa yararlı olub-olmadığını yoxlamaq istəyir.шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024