Siyasət (24-10-2020, 13:12)
İrəvan bu tarixdə təslim olacaq – Ekspert

Mediatv.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
“Səfər çərçivəsində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib. Görüşlərdə Azərbaycanın mövqeyi ABŞ rəsmilərinə çatdırılıb. Maraqlı məqam eyni görüş otağından çıxan Bayramovun Pompeo ilə görüşə gedən Mnatsakanyanla görüşməməsidir. Bu ondan xəbər verir ki, hələlik Nikol Paşinyan danışıqlara hazır deyil.
Cəbhədə işğal edilmiş rayonların bir-bir Azərbaycan tərəfindən geri alınması Ermənistanı seçim qarşısında qoyub. Əgər döyüşlərin dayandırılması cəhdləri baş tutmasa, o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir. Hər halda Nikol Paşinyanın qarşısında bir-birinə bənzəyən 2 seçim var: Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olması!”
Politoloq Ermənistan rəhbərliyinin gələn həftə təslim olaraq danışaqlara gedəcəyini ehtimal etdiyini bildirib:
“Lakin bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təminidir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025