NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.

"Mediatv.az" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.

"NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir", - Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib.